“Kişiliklə bağlı hər şeyim qaydasındadır” - 0:6 uduzan baş məşqçi

12:45 19-07-2019 | icon 2602
“Kişiliklə bağlı hər şeyim qaydasındadır” - 0:6 uduzan baş məşqçi

Avropa Liqasının birinci təsnifat mərhələsində keçirilən "Neftçi" - "Sperantsa" matçı təmsilçimizin 6:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Qarşılaşmadan sonra Moldova təmsilçisinin baş məşqçisi Kristof Efros böyükhesablı məğlubiyyəti şərh edib.

Rəqibini qələbə münasibəti ilə təbrik edən çalışdırıcı səhvlərə yol verdiklərini bildirib:

 

"Təəssüf ki, biz "Liverpul" deyilik bu cür hesablardan sonra geridönüş edə bilək". 

27 yaşlı gənc çalışdırıcı böyükhesablı məğlubiyyətə görə klub prezidenti olan atasına hansı hesabatı verəcəyi ilə bağlı suala da cavab verib:

"Bu bizim daxili problemimizdir. Hesabatı mətbuata yox, prezidentə verəcəm. Suallarınız aqressivdir. Sonra da deyirsiniz ki, mən aqressiv danışıram. Elə sözlər deyərəm ki, sizin xoşunuza gələ bilər. İstəyirsinizsə, həyatdan danışaq. Hər bir insan irəli baxır. Sizin maaşınız aşağıdırsa, yüksək olmasına çalışacaqsınız. Ancaq axmağın biri deyər ki, uduzacağam. Mənim kişiliklə bağlı hər bir şeyim qaydasındadır. Azərbaycanın neft satması ilə bağlı sözlərim komplimentdir. Biz də çaxır satırıq. Bunda heç bir problem yoxdur. Oyundan qabaq ancaq pozitiv fikirlər səsləndirdim. Hərçənd xoş olmayan bəzi nüanslar vardı. Amma mən durub "Neftçi" düşərgəsi kimi meydan və ya digər amillərdən danışmayacağam. "Neftçi" qrupa düşsə, qürur duyacağıq".


Digər xəbərlər

0.25078392028809