“Tapşırmışdım ki, rəqibə yuxarıdan aşağı baxmasınlar” - Bordin

12:59 19-07-2019 | icon 2631
“Tapşırmışdım ki, rəqibə yuxarıdan aşağı baxmasınlar” - Bordin

“Neftçi”nin baş məşqçisi Roberto Bordin Avropa Liqasının I təsnifat mərhələsində Moldovanın “Sperantsa” klubunu 6:0 hesabıyla məğlub etdikləri görüşdən sonra açıqlama verib.

Italiyalı mütəxəssis böyükhesablı qələbəni şərh edib:

 

“Əlbəttə, çətin oyun olacağını bilirdik. Qarşılaşmadan əvvəl futbolçularıma tapşırmışdım ki, rəqibi düzgün qiymətləndirsinlər, yuxarıdan aşağı baxmasınlar. Bu cür nəticədən sonra bəziləri düşünə bilər ki, asan qələbə qazandıq. Ancaq belə deyil. Oyun əvvəldən istədiyimiz kimi getmədi. Buna baxmayraq, futbolçuların matça  yanaşması düzgün oldu və gözəl oyunla belə hesablı qələbə qazandıq”.

 

 

Digər xəbərlər

0.30670595169067