Hamı Aprel döyüşlərindəki mayorun atasından danışır - Foto
Üç il əvvəl baş tutan Aprel döyüşlərində qəhrəmanlıq göstərərək düşmənin 12 hərbi texnikasını və xeyli canlı qüvvəsini məhv edən, tank əleyhinə divizion komandiri, mayor Mirdamət Bağıyevin atasının dediyi sözlər bir neçə gündür ki, sosial şəbəkədə müsbət mənada müzakirə olunur.
Belə ki, döyüşlərin qızğın vaxtında M. Bağıyevin 77 yaşlı atası ona zəng vurub vəziyyət ilə maraqlanır. Oğul isə atasının narahat olmaması üçün hər şeyin qaydasında olduğunu deyir. Amma narahatlığı keçməyən ata ikinci dəfə Mirdamət Bağıyevə zəng edib.
“Bir müddətdən sonra atam yenə təlaş içərisində zəng etdi. Yenə də dedim ki, qorxma mən arxadayam, heç nə olmayıb, sağ-salamatam. Atamın cavabı gözlərimi yaşartdı: “Ay oğul, sən necə hərbçisən axı?.. Orada döyüşlər gedir, sən arxada gizlənib tamaşa edirsən?” Özümü güclə saxladım. Deyə bilmədim ki, ata, mən yaralı-yaralı döyüş mövqeyini tərk etmədim və qanım o torpağa tökülə-tökülə aldığım tapşırığı sonadək yerinə yetirdim. Axı illərlə bu günü gözləyirdik. Bunu mənə necə yaraşdırırsan?!”, - deyə vurğulayıb.
Qeyd edək ki, 33 yaşlı mayor M. Bağıyev Aprel döyüşlərində düşmənin 7 tankını, 1 PDM-ni şəxsi heyətlə dolu 3 hərbi maşını məhv edib. Bu zaman o qolundan yaralansa da, yaralı olduğunu 5 gün əsgərlərindən gizlədə bilib.
-
Azərbaycan tibb elminin görkəmli nümayəndəsi
...
-
Akademik Zərifə xanım Əliyevanın zəngin irsi
...
-
İşıqlı zəka sahibi
...
-
Sadə Azərbaycan ziyalısı, xeyixah insan
...
-
Tibb elminə həsr olunmuş ömür
...
-
Xatirələrdə yaşayan Zərifə xanım Əliyeva
...
-
Sabah 27° isti olacaq
...
-
Rəşad Cəbrayılov: "Zərifə xanım tarixə adını işğal altında olan torpaqlarımızı Ana Vətənə qaytarmış Ali Baş Komandanın anası kimi qızıl hərflərlə yazdırıb"
...
-
Akademik Zərifə Əliyevanın anım günüdür
...
-
Heydər Əliyev Fondu Vadim Vasilyevin müalicəsini öz üzərinə götürdü
...