EYOF-da iştirak edəcək güləşçilərimizin adları açıqlandı - FOTO
Iyulun 21-də Bakıda start götürəcək Avropa Gəncləri Yay Olimpiya Festivalının (EYOF) proqramında güləş də yer alıb.
EYOF çərçivəsində güləşin üç növü üzrə yeniyetmələrdən ibarət yığmalarımız mübarizə aparacaq.
Həm sərbəst, həm yunan-Roma, həm də qadın güləşi üzrə yarışlar altı çəki üzrə keçiriləcək.
Azərbaycan Güləş Federasiyasının prezident əvəzi Namiq Əliyev EYOF-da iştirak edəcək komandalarla görüşüb, onlardan uğurlu nəticə gözlədiyini dilə gətirib və hər hansı problemlərinin olub-olmaması ilə maraqlanıb. Sonda onlara uğurlar arzulayan qurumun rəhbəri heyəti açıqlayıb.
Heyətimiz belədir:
Sərbəst güləş: Murad Haqverdiyev (45 kq), Mircavad Nəbiyev (48 kq), Kənan Heybətov (51 kq), Əbülfəz Nəsirov (55 kq), Sabir Cəfərov (60 kq), Cəbrayıl Hacıyev (65 kq);
Yunan-Roma güləşi: Fərid Sadıxlı (45 kq), Qurban Qurbanov (48 kq), Elmir Əliyev (51 kq), Nihat Məmmədli (55 kq), Həsrət Cəfərov (60 kq), Xasay Həsənli (65 kq);
Qız güləşi: Gültəkin Şirinova (46 kq), Lalə Mirzəyeva (49 kq), Elnurə Məmmədova (53 kq), Birgül Soltanova (57 kq), Mərziyə Sadıqova (61 kq), Nigar Mirzəzadə (65 kq).
Qeyd edək ki, EYOF-da beynəlxalq dərəcəli hakimlərimizdən İntiqam Alıyev, Sədi Quliyev və Bəşir İsazadə ədaləti qoruyacaq.
-
Bakıda Olimpiya Təsnifat turniri başlayır
...
-
“Qurban Qurbanov instaqram nədir, onu da bilmir”
...
-
Azərbaycan yığmasının AÇ-dəki rəqibləri bəlli oldu
...
-
Prezidentin nəvəsindən Qara Qarayevə dəstək - Foto
...
-
Bakı kənd və qəsəbələri arasında II minifutbol turnirində növbəti oyunlar keçirilib
...
-
Rövşən Nəcəf AFFA-nın yeni prezidenti seçildi
...
-
"Neftçi" İdman Klubunun təmsilçiləri ilin üç ayı ərzində 256 medal qazanıblar
...
-
AFFA-nın sabahkı Konfransının gündəliyi açıqlandı
...
-
Azərbaycan futbolunda tarixi ay
...
-
Zaur Qəhrəmanov istefa verdi
...