Vəkil məhkəmə zalında həbs olundu - Azərbaycanda

21:37 19-07-2019 | icon 2538
Vəkil məhkəmə zalında həbs olundu - Azərbaycanda

Bakı Ağır Cinayətlər Məhkəməsində baş prokurorun keçmiş müavini, dələduzluqda təqsirləndirilən Məmmədvəli Cəfərova hökm oxunub.

Hakim Rasim Sadıxovun icraatında olan prosesdə məhkəmə kollegiyasının hökmü ilə M. Cəfərov 6 il müddətinə azadlıqdan məhrum edilib və istintaq zamanı azadlıqda olduğu üçün məhkəmə zalında həbs edilib. 

Qeyd edək ki, M.Cəfərov 1992-ci ildə baş prokurorun müavini olub. Vəkillər Kollegiyasının üzvü olan M.Cəfərov hazırda 13 saylı Vəkil Bürosunda fəaliyyətini davam etdirir.

 

Zərərçəkmiş R.Yusifovun atası Rəhman Yusifov isə 2008-ci ilədək Qaradağ Rayon İcra Hakimiyyəti başçısının müavini, həbs edilərkən isə Əmək və Əhalinin Müdafiəsi Nazirliyinin Qaradağ rayon şöbəsinin müdiri olub. 


Digər xəbərlər

0.22007894515991