Məmmədyarov çinli səfiri qəbul etdi

20:24 20-07-2019 | icon 2216
Məmmədyarov çinli səfiri qəbul etdi

Xarici İşlər naziri Elmar Məmmədyarov Çinin Azərbaycana yeni təyin olunmuş səfiri Quo Mini qəbul edib.

Nazir Quo Mini səfir təyin olunması münasibətilə təbrik edib və ona gələcək fəaliyyətində uğurlar arzulayıb. Nazir Çinin hər zaman, o cümlədən beynəlxalq təşkilatlar çərçivəsində, xüsusilə BMT Təhlükəsizlik Şurasının daimi üzvü kimi Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və beynəlxalq tanınmış sərhədlərinin toxunulmazlığına verdiyi dəstəyin yüksək qiymətləndirildiyini diqqətə çatdırıb. 

 

İki ölkə arasında əlaqələrin daha da inkişaf etdirilməsi üçün səylərini əsirgəməyəcəyini qeyd edən səfir Quo Min, qarşılıqlı etimad əsasında ölkələrimiz arasında davamlı surətdə inkişaf edən siyasi dialoqun ruhuna uyğun olaraq, iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsinin vacibliyini vurğulayıb.

Səfir etimadnaməsinin surətini nazir Elmar Məmmədyarova təqdim edib.


Digər xəbərlər

0.25870990753174