Nazir Uşaq Bərpa Mərkəzində - Foto
Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev nazirlik yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin Uşaq Bərpa Mərkəzində sağlamlıq imkanları məhdud uşaqlara göstərilən reabilitasiya xidmətlərinə baxış keçirib.
Uşaq Bərpa Mərkəzində müasir tələblərə uyğun reabilitasiya şəraiti yaradılıb. Mərkəzdə qəbul və qeydiyyat, tibbi reabilitasiya, sosial reabilitasiya ve tədris şöbələri fəaliyyət göstərir. Uşaqlar fizioterapevtik prosedurlarla yanaşı, tədris metodikaları əsasında tədris-peşə yönümlü, sosial yanaşma əsaslı reabilitasiya tədbirlərinə də cəlb edilirlər. Burada il ərzində 2 mindən çox sağlamlıq imkanları məhdud uşağa 40 növdə reabilitasiya xidmətləri göstərilir.
S.Babayev Mərkəzdə tətbiq olunan fizioterapevtik müalicə prosedurlarını nəzərdən keçirib. Həmçinin uşaqların sosial, tədris-peşə reabilitasiyası tədbirlərinə cəlb olunması vəziyyəti ilə yaxından tanış olub. Müalicəvi bədən tərbiyəsi, masaj, hovuz müalicəsi, psixoterapiya, əmək və musiqi terapiyası, loqoped xidməti və s. istiqamətlərdə uşaqlarla aparılan işlər nəzərdən keçirilib.
Müəssisənin kollektivinə müvafiq tapşırıqlarını verən nazir sağlamlıq imkanları məhdud uşaqlarla və onların valideynləri ilə də görüşüb. Tətbiq olunan bərpa müalicəsi prosedurları, göstərilən xidmətlərlə bağlı onların fikirlərini öyrənib.
S.Babayev görüşdə reabilitasiya sisteminin qabaqcıl təcrübələr əsasında təkmilləşdirilməsi, bərpa infrastrukturunun respublikamızın bölgələri üzrə genişəndirilməsi üçün aparılan işləri qeyd edib. Cari ildən başlayaraq ölkəmizin bir sıra regionlarında uşaqlar üçün bərpa müəssisələrinin inşasına başlanacağını deyib.
-
Abşeronda akademik Zərifə Əliyevanın xatirəsi anıldı - Fotolar
...
-
Səttar Möhbalıyev: “Almaniya Azərbaycanın mühüm siyasi-iqtisadi tərəfdaşlarındandır”
...
-
Bazar günü 32° isti olacaq
...
-
Abşeron Rayon İcra Hakimiyyəti başçısı yanında Şura İclası keçirilib - FOTOLAR
...
-
Şənbə gününə 32° isti gözlənilir
...
-
İki qardaş xalqın münasibətləri yüksək səviyyədədir
...
-
Münasibətlərimizin tarixi zəngindir
...
-
İki ölkə arasında dövlətlərarası münasibətlər fəallaşır
...
-
Azərbaycan xalqı Çingiz Aytmatovla fəxr edir
...
-
Davamlı əməkdaşlığın əsas meyarı
...