Dünyanın ən zənginlərinin yeni reytinqi - Ələkbərov siyahıda
“Bloomberg” nəşri dünyanın ən zəngin 500 milyarderinin yeni reytinqini açıqlayıb.
ABŞ-ın “Amazon” şirkətinin sahibi Ceff Bezos yenidən dünyanın ən zəngin adamı seçilib. İyulun 20-nə olan məlumata görə, onun sərvəti 122 milyard dollar təşkil edir.
İkinci yerdə 106 milyard dollar sərvətlə fransız iş adamı, “Louis Vuitton Moët Hennessy” şirkətinin Prezidenti Bernar Arno qərarlaşıb. O, bu il 37,7 milyard dollar gəlir əldə edib.
Üçüncü yeri 106 milyard dollar gəlirlə “Microsoft” şirkətinin rəhbəri Bill Qeyts tutub. Biznesmen il ərzində 15,8 milyard dollar qazanıb.
Dünyanın ən zəngin 4-cü adamı isə “Berkshire Hathaway” şirkətinin rəhbəri, amerikalı sahibkar Uorren Baffetdir. 88 yaşlı iş adamı 81,3 milyard dollar sərvətə sahibdir.
Beşinci yerdə isə “Facebook”un yaradıcısı Mark Tsukerberq (77,4 milyard dollar) olub.
Azərbaycanlı iş adamı, “Lukoyl” şirkətinin prezidenti Vahid Ələkbərov 17,7 milyard dollarla 61-ci yerdə qərarlaşıb. O, bu il 1,66 milyard dollar gəlir əldə edib.
-
“Yelo Bank” birinci rübü 14 milyon manat xalis mənfəətlə yekunlaşdırıb
...
-
Neftimizin qiyməti 92 dollara düşdü
...
-
Azərbaycanın ticarət etdiyi ölkələrin - Siyahısı
...
-
COP29 Bakı Olimpiya Stadionunda keçiriləcək
...
-
Nar-dan xüsusi təklif - 10%-dək endirimlə smartfon!
...
-
Azərbaycanda orta aylıq əməkhaqqı 950 manata çatır
...
-
“E-taksi” sistemi yaradıldı - Bu sürücülər cərimələnəcək
...
-
“Yelo kartlar”ı ilə ölkədaxili bütün kartlara pulsuz köçürmələr
...
-
Taksi fəaliyyəti üçün rüsumlar - Açıqlandı
...
-
“Azeri Light” bu gün neçəyə satılır?
...