Cüdoçularımız 1 gündə 3 medal qazandı - Fotolar

07:56 21-07-2019 | icon 65
Cüdoçularımız 1 gündə 3 medal qazandı - Fotolar
loading...

Çex Respublikasının paytaxtı Praqa şəhərində gənc cüdoçular arasında Avropa kuboku yarışına start verilib.

Azərbaycan Cüdo Federasiyasından verilən məlumata görə, beynəlxalq turnirin ilk günü Azərbaycan cüdoçuları 3 medal qazanıb.

Belə ki, Rövşən Əliyev (60 kq) bütün görüşləri qalib başa vuraraq qızıl medala sahib olub. Bu çəkidə ölkəmizi təmsil edən digər cüdoçumuz Rəşad Yelkiyev bürünc medala layiq görülüb. Daha bir təmsilçimiz Davud Abbaslı (66 kq) bürünc medal qazanıb.

Beləliklə, gənclərdən ibarət milli komandamız Praqa turnirinin ilk günündə aktivinə 1 qızıl və 2 bürünc medal yazdırıb. Qeyd edək ki, Avropa kubokunda 39 ölkədən 437 cüdoçu yarışır.

 




Digər xəbərlər

10.077512025833