EYOF-un ilk günü nələr gözlənilir? - 16 medalın taleyi bəlli olacaq
Azərbaycan daha bir mötəbər yarışa – XV Avropa Gənclər Olimpiya Festivalına ev sahibliyi edəcək.
09:00-da oyunlara start veriləcək.
Iki idman növü – tennis və güləş yarışı nəzərdə tutulub. İlk yarış Bakı Tennis Akademiyasında gerçəkləşəcək. Burada dörd idmançımız – iki oğlan və iki qiz tennisçimiz mübarizəyə qoşulacaq.
Bununla belə, sabah idmançılara medallar təqdim olunmayacaq. Belə ki, Təşkilat Komitəsi açılış mərasimindən əvvəl idmançılara medal verilməməsinə qərar verib. Bu üzdən qalib güləşçilərə medallar iyulun 21-i yox, 22-si veriləcək.
Tennis (fərdi oyunlar)
09:00 – 17:00
Alina Hüseynova, Polina Drobişova, Kənan Qasımov, Tamerlan Əzizov
Güləş (ilkin mərhələ)
10:30 – 13:30
Sərbəst güləş: Murad Haqverdiyev (-45 kq), Əbülfəz Nəsirov (-55 kq);
Yunan-Roma güləşi: Fərid Sadıxlı (-45 kq), Nihat Məmmədli (-55 kq)
Güləş (Final mərhələsi)
16:00 – 17:30
Qeyd edək ki, saat 20:00-da Bakı Kristal Zalında Avropa Gənclər Olimpiya Festivalının açılış mərasimi baş tutacaq.
-
"Utkin olduqca savadlı, intelektual idman jurnalisti, dərin şərhçilik və yüksək yumor bacarığına malik idi"
...
-
“Xanlıq”dan sensasiya, “Ərgünəş” yenə xalsız qaldı
...
-
Futboldan ömürlük uzaqlaşdırıldılar - Azərbaycanda danışılmış oyunlar
...
-
Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası Mingəçevirdə təmizlik aksiyası həyata keçirib
...
-
Millimizin oyunları türkiyəli və estoniyalı hakimlərə tapşırıldı
...
-
“Neftçi” – “Spartak” matçının başlama saatı açıqlandı
...
-
“Beşiktaş” Qurban Qurbanovu istəyir
...
-
Azərbaycan Kubokunun finalı bu stadionda olacaq
...
-
Azərbaycan Ağırlıqqaldırma Federasiyasının Ümumi Yığıncağı keçirilib
...
-
Antidopinq Təşkilatları İnstitutunun (iNADO) “Workshop”u təşkil olunub
...