Güləşçimiz qızıl medal qazandı - EYOF
Azərbaycan XV Avropa Gənclər Olimpiya Festivalında (EYOF) ilk qızıl medalını qazanıb.
Azərbaycanın yunan-Roma güləşçisi Fərid Sadıxlı (-45 kq) final görüşündə türkiyəli Umut Çobanı bir neçə saniyəyə 9:0 hesabı ilə məğlub edib və görüş vaxtından tez başa çatıb.
Bununla da Azərbaycan EYOF-da ilk qızıl medalını qazanıb.
Daha bir yunan-Roma güləşçimiz Nihat Məmmədli isə bürünc medal qazanıb.
55 kq çəki dərəcəsində güləşən Nihat türkiyəli Bəkir Atəşi bir neçə saniyəyə 11:0 hesabı ilə qalib gəlməklə görüşün vaxtından öncə başa çatmasına nail olub.
Qeyd edək ki, bu gün sərbəst güləşçilərdən Əbülfəz Nəsirov (55 kq) finalda italiyalı Simone Vinçentso Piroddunu, Murad Haqverdiyev (45) isə gürcüstanlı Nikolozi Santeladzeni sınağa çəkəcək.
-
Zaur Qəhrəmanov istefa verdi
...
-
Nazirlər güləşçilərlə görüşdü - Fotolar
...
-
Firdovsi Umudov Xüsusi Konqresdə iştirak etdi - Fotolar
...
-
"Qarabağ" çempionluğunu rəsmiləşdirdi
...
-
“Qarabağ” çempionluq matçına çıxır
...
-
“Şuşa İƏT Gənclər Paytaxtı - 2024” Beynəlxalq Proqramının keçirilməsinə dair Öhdəlik Protokolu imzalanıb
...
-
“Qarabağ” sabah çempion ola bilər
...
-
Orxan Məmmədov millinin hazırlıq planı ilə tanış olub
...
-
IV Avropa Oyunları İstanbulda keçiriləcək
...
-
Yığmamız Dünya Kubokunda iştirak edəcək
...