“Qarabağ”ın futbolçusunun 250 minlik yeni avtomobili - Foto

21:06 21-07-2019 | icon 68
“Qarabağ”ın futbolçusunun 250 minlik yeni avtomobili - Foto
loading...

Azərbaycan millisinin və “Qarabağ”ın futbolçusu Araz Abdullayev özünə yeni avtomobil alıb.

O, yeni aldığı “Nissan GT-R” markalı avtomobili ilə fotosunu şəxsi İnstaqram hesabında paylaşıb.

Qeyd edək ki, Abdullayevin yeni “oyuncağı”nın qiyməti 150 min dollardan (255 min manat) başlayır. 720 at gücündə olan idman avtomobili iki qapılıdır və mühərrikinin həcmi 3,8-dir.

Onu da qeyd edək ki, təcrübəli yarımmüdafiəçi bundan öncə “Maserati” markalı avtomobil sürüdü. O, həmin maşında olan dövlət nömrə nişanını “Nissan GT-R”ə daşıyıb.

 



Digər xəbərlər

0.26157212257385