Prezident və xanımı təntənəli açılış mərasimində - Fotolar
“Bakı 2019” XV Avropa Gənclər Yay Olimpiya Festivalının açılış mərasimi keçirilir.
“Baku Crystal Hall”da keçirilən təntənəli açılış mərasimində Prezident İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva, eləcə də Avropa Olimpiya Komitələrinin prezidenti Yanes Kosyançiç, iştirakçı ölkələrin nümayəndə heyətlərinin rəhbərləri və digər şəxslər iştirak edirlər.
Əvvəlcə Azərbaycanın dövlət himninin sədaları altında Milli Qvardiyanın əsgərləri dövlət bayrağını təntənəli şəkildə meydana gətirərək ucaldıblar.
Bundan sonra atletlərin paradı başlayıb. Atletlərin paradından sonra festivala ev sahibliyi edən Azərbaycan haqqında film nümayiş etdirilib. Filmdə ölkəmizin tarixi, mədəniyyəti, təbiəti, adət-ənənələri, eləcə də paytaxt Bakının görməli yerləri haqqında kadrlar nümayiş olunub.
Baş Nazirinin birinci müavini, XV Avropa Gənclər Yay Olimpiya Festivalının Təşkilat Komitəsinin sədri Yaqub Eyyubov və Avropa Olimpiya Komitələrinin prezidenti Yanes Kosyançiç çıxış ediblər. Bundan sonra Prezident İlham Əliyev XV Avropa Gənclər Yay Olimpiya Festivalını açıq elan edib.
-
Avarçəkənimiz İtaliyadakı turnirdə gümüş medal qazandı
...
-
“Qarabağ” “UEFA, mafiya” şüarlarına görə böyük məbləğdə cərimə ödəyəcək
...
-
Millimiz Bolqarıstana qarşı
...
-
AFFA prezidentliyinə yeganə namizəd o oldu
...
-
Millimiz Monqolustana son dəqiqə qolu ilə qalib gəldi
...
-
"Utkin olduqca savadlı, intelektual idman jurnalisti, dərin şərhçilik və yüksək yumor bacarığına malik idi"
...
-
“Xanlıq”dan sensasiya, “Ərgünəş” yenə xalsız qaldı
...
-
Futboldan ömürlük uzaqlaşdırıldılar - Azərbaycanda danışılmış oyunlar
...
-
Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası Mingəçevirdə təmizlik aksiyası həyata keçirib
...
-
Millimizin oyunları türkiyəli və estoniyalı hakimlərə tapşırıldı
...