“Sovetski”də söküntü vaxtı qaz xətti zədələndi

09:06 23-07-2019 | icon 3087
“Sovetski”də söküntü vaxtı qaz xətti zədələndi

Yasamal rayonunda “Sovetski” kimi tanıdığımız ərazidə, S.Tağızadə küçəsində təmir işləri aparan təşkilatlardan biri yerüstü aşağı təzyiqli qaz xətlərini yararsız hala salıb.

Məlumata görə, “Azəriqaz” İB yaranmış vəziyyətdən əziyyət çəkən 40 abonentin qaz təchizatını bərpa etməyə nail olub. Bütün qurumlardan təmir-tikinti işləri apararkən həmin ərazilərdəki qaz xətlərini nəzərə almaları xahiş olunur.

 

 

 



Digər xəbərlər

0.28618001937866