“ASAN Xidmət“ və “ASAN Kommunal“ mərkəzlərinə müraciətlər artıb
Yeni nəsil smart tipli qaz sayğaclarının əvəz olunmasından sonra yeni smart kartların verilməsi, müqavilələrin bağlanması və s. kimi xidmətlərə müraciətlər nəzərdə tutulandan maksimum səviyyəyə çatıb.
“ASAN xidmət” və “ASAN kommunal” mərkəzlərində çalışan “Azəriqaz” İB-nin əməkdaşlarının gün ərzində operativ və keyfiyyətli xidmət göstərmələrinə baxmayaraq, müraciətlərin sayı xeyli artıb. Birliyin bir qrup mühəndis heyəti bundan sonra həftənin şənbə və bazar günləri də növbəli şəkildə işə çıxacaq. Bakı Regional Qaz Satışı Departamentinin inzibati binalarında, Xəzər, Sabunçu və Abşeron rayonları üzrə xidmət sahələrində abonentlərə kommunal xidmətlərin yüksək səviyyədə çatdırılması məqsədi ilə müştəri xidməti şöbəsinin işçiləri istirahət günlərində ödənişlə təmin olunmaqla işə cəlb ediləcəklər.
Qeyd edək ki, “ASAN xidmət” və “ASAN kommunal” mərkəzlərinin gözləmə zallarında növbədə gözləyən çox sayda vətəndaşa operativ xidmət göstərilməsini Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi də məqsədəuyğun sayıb.
-
“Nar”dan sərfəli smartfon təklifi - Fotolar
...
-
“Bakcell” ilə innovasiya və həyəcan dolu bir dövr başladı!
...
-
“Nar” voleybol üzrə ölkə çempionlarını təbrik edir
...
-
Azərbaycanda elektron siqaretlər qadağan oluna bilər
...
-
“Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi
...
-
Neftimizin qiyməti 88 dollara düşdü
...
-
“Yelo Bank” birinci rübü 14 milyon manat xalis mənfəətlə yekunlaşdırıb
...
-
Neftimizin qiyməti 92 dollara düşdü
...
-
Azərbaycanın ticarət etdiyi ölkələrin - Siyahısı
...
-
COP29 Bakı Olimpiya Stadionunda keçiriləcək
...