Prezident Murad Köhnəqalaya ev verdi
Prezident İlham Əliyev şair-publisist Murad Köhnəqalaya mənzil hədiyyə edib.
Bu barədə məlumatı şairin özü sosial şəbəkədə paylaşıb. Bildirib ki, mənzil problemi ilə bağlı Prezident İlham Əliyev və birinci vitse-prezident Mehriban Əliyevaya ünvanladığı müraciətə müsbət cavab verilib:
“Bu şad xəbəri BŞİH-dən mənə zəng edərək bildirdilər. Möhtərəm prezidentimizin mənə bağışladığı ev altmış yaşıma ən gözəl hədiyyədir.
Mətbuatımızın 144-cü ildönümündə məni sevindirdiyinə görə cənab prezident İlham Əliyevə dərin minnətdarlığımı bildirirəm! Azərbaycanın xoşbəxtliyi uğrunda fəaliyyətində ona möhkəm cansağlığı, tükənməz enerji arzulayıram! Qoy həmişə günəş olsun!”
Qeyd edək ki, ötən ay Azərbaycanın bir qrup tanınmış jurnalisti və millət vəkili 60 yaşını qeyd etməyə hazırlaşan Murad Köhnəqalanın mənzil probleminin həlli üçün ölkə başçısı İlham Əliyev və I Vitse Prezident Mehriban Əliyevaya müraciət etmişdilər.
-
Onun həbsxana yaradıcılığı: Mən qərib kinorejissoram - Yılmaz Güney
...
-
Maskalar açıldı, qalib bəlli oldu - Video
...
-
Heydər Əliyev Mərkəzində Kojo Marfonun sərgisi açılacaq
...
-
“Qadınım” tamaşasına 2 prizmadan baxış
...
-
“Təhminə”nin üç paltarına 3 min dollar vermişdim” - Rəsul Quliyev - Video
...
-
Müharibə mənim üçün daim aktual mövzudu - MÜSAHİBƏ
...
-
Biz vətən üçün yararsız deyilik
...
-
Müsəlman ölkələrində “Şuşa günləri” keçiriləcək
...
-
Yaşa ölçülməməli ömür sürməliydilər - AÇIQLAMA
...
-
Son mogikan haqqında dedilər...
...