AZAL “Neftçi”ni çıxılmaz vəziyyətə saldı: təyyarə 5 saatdı yubanır - FOTOLAR

10:42 24-07-2019 | icon 3062
AZAL “Neftçi”ni çıxılmaz vəziyyətə saldı: təyyarə 5 saatdı yubanır - FOTOLAR

Saat 06:50-də Bakı-Moskva reysiylə yola düşməli olan “Neftçi” hələ də paytaxtımızı tərk edə bilməyib. Məlumata görə, AZAL-ın təyyarəsində aşkarlanan nasazlıq hələ də aradan qaldırılmayıb.

 

Aviaşirkət nümayəndələrinin biganə münasibəti nəticəsində bir neçə saat ərzində heç bir bilgi verilmirdi. Yalnız sərnişinlərin kəskin etirazından sonra AZAL nümayəndəsi peyda oldu.

 

Son məlumata görə, uçuş saat 11-ə qədər təxirə salınıb. Bu da o deməkdir ki, “Neftçi”nin futbolçularına istirahət üçün demək olar ki, vaxt qalmayacaq. Bu axşam Tulada məşqə çıxmalı olan komandanın sabah hansı durumda “Arsenal”la oyuna çıxacağını sözlə ifadə etmək mümkün deyil.(sport24)

 

 


Digər xəbərlər

0.19040179252625