Şər-böhtan yazanlara tutarlı cavab..

11:05 24-07-2019 | icon 3908
Şər-böhtan yazanlara tutarlı cavab..

Bu gün ölkəmizdə Səhiyyəyə verilən önəm, bu sahəyə dövlətin və şəxsən ölkə başçısının diqqət və qayğısı səhiyyəmizin bugünkü yüksək inkişafında bir güzgü kimi əks olunur.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı nəticəsində son illər Səhiyyə sistemində uğurlu islahatlar aparılmış,tibb ocaqlarının maddi-texniki bazası əhəmiyyətli dərəcədə yaxşılaşdırılmış, təchizat və kadr hazırlığı ilə bağlı mühüm işlər görülmüşdür. Akademik C.M.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutu da belə nümunəvi tibb müəsəssidir. Burada aparılan keyfiyyətli xidmət də buna bariz nümunədir. Azərbaycan prezidentinin paytaxtdakı tibb ocaqlarının yenidənqurma işlərinin aparılması, onların maddi-texniki bazasının möhkəmləndirilməsi ilə bağlı tapşırıqlarına uyğun olaraq, burada də yenidənqurma işləri həyata keçirildi, ən müasir avadanlıqlarla təchiz olundu.

Görülən işlər nəticəsində burada da xəstələrin yüksək səviyyədə müalicə alması, kollektivin fəaliyyəti üçün hər cür şərait yaradılıb. İnstitutun direktoru Gülnaz Dadaşova buraya təyin olunandan, burada ilk olaraq sağlam mühit yaradıb. Əmək intizamına ciddi əməl olunur.

Bütün bu işlər direktorun təşəbbüsü ilə həyata keçirilib. Bunları biz də gözlərimizlə görmüşük. Buna görə rəhbərliyə təşəkkür edənlərin çox şahidi olmuşuq.


Bu yaxınlarda yenə də yolumu oradan saldım. Kollektiv iş başında idilər. Hər tərəfdə təmizlik, səliqə-səhman göz oxşayırdı. Gün ərzində bir neçə xəstə yaxını ilə söhbət etdim, burdakı tibbi xidmətin keyfiyyəti ilə, hər hansı neqativ hallarla rast gəlib-gəlmədikləri ilə maraqlandım. Həmsöhbətlərim çox səmimi cavab verdilər. Qeyd etdilər ki, direktordan, baş həkimdən, bütün kollektivdən çox razıyıq.  Onlara öz təşəkkürümüzü bildiririk. Onu da əlavə etdilər ki, xoşagəlməz hərəkətləri burada heç zaman müşahidə etməmişlər.

Gülnaz xanım işlədiyi bu illər ərzində diqqətli və səriştəli həkim kimi tanınmışdır.

 Qeyd edək ki, son günlər bəzi internet saytlarında Akademik C.M.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutu ilə bağlı böhtan xarakterli məlumatlar dərc edilir. Məlumatların hardan qaynaqlandığını deyə bilmərik. Lakin tam məsuliyyətlə qeyd edirik ki, yayımlanan qərəzli və böhtan xarakterli məlumatlar tamamilə əsassızdır. Bu cür dezinformasiyalar cəmiyyət arasında heç də birmənalı qarşılanmır. Ən azından buranın kollektivi qəbulolunmaz məqalələri nifrətlə qarşılayır və öz iradlarını bildirirlər.

Burada xəstələr və kollektiv arasında nizam- intizam olduqca yüksək səviyyədədir. Halbuki, bəzi saytlar bunun əksini yazmaqla cəmiyyət arasında ajiotaj yaratmağa çalışırlar.

Hazırda Akademik C.M.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutunda aparılan məqsədyönlü işlər nəticəsində əmək intizamı yüksəlmiş, şəffaflıq bərqərar olmuşdur.

Göründüyü kimi burada inkişaf və fərqlilik göz qabağındadır. Daha yüksək nailiyyətlərə imza atmaq üçün rəhbərlik və kollektiv yorulmadan uğurlarının sayını daha da artırmağa çalışır.

Bir daha qeyd edirik ki,son vaxtlar bəzi saytlarda Akademik C.M.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutu haqqında müəllifi məlum olmayan bu böhtan xarakterli yazılar bizdə yalnız təəssüf doğurur.Bu məqalələrdə göstərilənlər direktorunun işgüzar nüfuzuna xələl gətirmək məqsədini daşıyır. Yazıda göstərilənlərdən fərqli olaraq, Gülnaz xanım  dövlətə və dövlətçiliyə sadiq olan bir insan olmaqla, onun fəaliyyəti hamı tərəfindən təqdir olunur. Buranın işgüzar nüfuzuna xələl gətirən böhtan xarakterli bu informasiyaların yayılması şəffaflığın və obyektivliyin təmin edilməsi, keyfiyyətinin yüksəldilməsi istiqamətində aparılan işlərə kölgə salmaq məqsədini daşıyır. Beynəlxalq əlaqələrin genişlənməsi kimi tədbirlər rüşvət sindromundan yaxa qurtara bilməyən bəzi insanların şəxsi maraqlarına cavab vermir. Yəqin  böhtan xarakterli yazıların “naməlum mənbə”si də bu sindroma ciddi şəkildə yoluxmuş, şəffaflıq və obyektivliyin təmin edilməsi istiqamətində aparılan işlərlə barışa bilməyənlərdəndir.

Bir daha bildiririk ki, Akademik C.M.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutu ilə bağlı kütləvi informasiya vasitələrində gedən yazılar reallığı əks etdirmir və buranın işgüzar nüfuzuna xələl gətirmək məqsədini daşıyır. Saytlara dərc olunmaq üçün göndərilən,heç bir insanı və etik normalara sığmayan bu cür iftira və yalanlar kiminsə marağı xatirinə virtual məkana yol tapmışdır. Bu yalan və böhtanları Akademik C.M.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutunun bütün sağlam əqidə ilə düşünən kollektivinə qarşı yönəlmiş hesab edirik.


Digər xəbərlər

0.28064513206482