Cüdoçumuzdan qızıl medal

13:09 25-07-2019 | icon 3163
Cüdoçumuzdan qızıl medal

Bakıda keçirilən Avropa Gənclər Olimpiya Festivalında (EYOF) Azərbaycan doqquzuncu qızıl medalını qazanıb.

Cüdoçu Turan Bayramov (-60 kq) finalda rusiyalı idmançını "Qızıl Xal"da məğlub edib. 
Bununla da Azərbaycan güləşdən sonra cüdoda da qızıl medal qazanıb. 

Həmçinin Şükran Zamanlı (-55 kq) və Gülşən Bəşirova (-44 kq) da bürünc medal görüşlərindən qalib ayrılıblar.

Bu nəticə ilə Azərbaycan medal sıralamasında II yerdədir. 19 medal (doqquz qızıl, beş gümüş, beş bürünc) qazanmış Azərbaycan yalnız gümüş sayında Rusiyadan geri qalır. Belə ki, 27 medal (9 qızıl, 7 gümüş, 11 bürünc) qazanmış şimal qonşularımız liderdir.


Digər xəbərlər

0.24401783943176