“Qol buraxmamaq yaxşı olardı” - Roberto Bordin
Avropa Liqasının II təsnifat mərhələsinin ilk oyunu çərçivəsində sabah “Arsenal”ın qonağı olacaq “Neftci”nin baş məşqçisi Roberto Bordin mətbuat konfransı keçirib.
Italiyalı mütəxəssis oyun barədə fikirlərini bölüşüb.
“Bizi sabah çox maraqlı oyun gözləyir. Rəqib çempionatda son iki oyunu yaxşı keçirib. Hazırda bizdən fiziki cəhətdən güclü olan komandaya qarşı oynayacağıq. Altı saatlıq yubanma yalnız bu günə təsir edəcək. Müəyyən stress yaşandı, məşq vaxtını dəyişməli olduq. Sabahkı matça isə təsir etməyəcək və yaxşı oyun sərgiləməyə çalışacağıq. Əlbəttə, qol buraxmamaq əla olardı. Ancaq əvvəl də qeyd etdiyim kimi, “Arsenal” hazırda yaxşı formadadır. Qol buraxmamaq yaxşı olardı. Eyni zamanda unutmayaq ki, bizi hələ Bakıda da cavab oyunu gözləyir. Ağıllı oynamalıyıq. Təbii ki, bu matça hazırlaşmaq üçün vaxtımız olub və sabah şanslarımızdan istifadə edərək qol vurmağa da çalışacağıq”.
-
"Araz Saatlının" baş məşqçisi: "Vəziyyətimiz ağırdı"
...
-
Rüstəm Əhmədzadə: "Sona qədər mübarizə aparacağıq"
...
-
3x3 qadın millimiz "Paris-2024" Olimpiadasında - Tarixi uğur
...
-
Gəncə MDB-nin idman paytaxtı olacaq
...
-
Qadın millimizdən "Paris-2024" yolunda uğurlu start
...
-
Dadaş Dadaşbəyli Dünya Kubokunda 3 gümüş medal qazanıb
...
-
Gəncə şəhər stadionunun təməli qoyuldu - Fotolar
...
-
Avropa çempionatında möhtəşəm nəticə
...
-
"Komandama güvənirəm"
...
-
Maqsud Adıgözəlovun “uğur hekayəsi”nin arxasında kim dayanır?
...