“Tale Heydərov epizodlarla bağlı mənə mesaj yazırdı” - Fariz Nəcəfov

21:57 25-07-2019 | icon 3188
“Tale Heydərov epizodlarla bağlı mənə mesaj yazırdı” - Fariz Nəcəfov

Avropa Liqasının II təsnifat mərhələsinin ilk oyunu çərçivəsində keçirilən “Qəbələ” – “Dinamo” matçı gürcülərin 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Qarşılaşmadan sonra açıqlama verən “qırmızı-qaralar”ın prezidenti Fariz Nəcəfov oyunla bağlı fikirlərini bildirib:

“Tam yenilənmiş, gənclərə şans verilmiş bir komandadır. Heyətdə çoxluq akademiyamızın yetirmələri təşkil edir. Oyundan öncə inanırdım ki, qalib gələcəyik. Amma daha yaxşı oyunlar göstərəcəyik. Səfərdə qalib gəlmək çətin olacaq. Amma şans həmişə var”.

 

Klub rəhbəri startegiyanın dəyişməsindən, büdcənin azlığından da danışıb: “Büdcəmiz azaldı, ona uyğun komanda qurduq. Mən də istəyərəm ki, yaxşı olsun”.

Nəcəfov “Qəbələ”nin sabiq prezidenti Tale Heydərovun kluba yenə diqqət ayırmasından söz açıb: “Tale Heydərov yenə də bizimlə maraqlanır. Bugünkü oyunu izləyirdi. Hətta epizodlarla bağlı mənə mesaj yazırdı. Necə ola bilər ki, öz yaratdığı komandanı yaddan çıxarsın?”.  


Digər xəbərlər

0.39449095726013