Yolda qalan Gəncə-Bakı qatarında hərəkət bərpa edildi - YENİLƏNİB

07:42 26-07-2019 | icon 2612
Yolda qalan Gəncə-Bakı qatarında hərəkət bərpa edildi - YENİLƏNİB

Gəncə-Bakı sürət qatarının hərəkəti bərpa olunub.

Əməkdaşlar təhlükəli vəziyyətin olmadığını bildirərək qatarın təxminən, 1 saat 45 dəqiqə gecikmə ilə Bakıya çatacağını bildirib.

İlkin ehtimala görə, gecikmə sürət qatarında yaranan texniki nasazlıq səbəbindən baş verib.

***

Gəncə-Bakı sürət qatarı yolda qalıb.

Azeripress.az xəbər verir ki, bu barədə sosial şəbəkədə Xəyal Azəroğlu adlı istifadəçi məlumat yayıb. O, qeyd edib ki, ailəsi də hazırda həmin qatardadır.

"Gəncə-Bakı sürət qatarı 1 saatdan çoxdur yolda qalıb. Qapılar bağlı, sərnişinlər boğulur. Çox sayda ürəyi gedən yaşlıların olduğu deyilir. Qatarın içərisində mənim də ailəm var. Qatardakı sərnişinləri evakuasiya etmirlər. Millət boğulur." 


Digər xəbərlər

0.24863600730896