Lənkəranın Viyən kəndində səyyar qəbul keçirilib - Foto

17:32 26-07-2019 | icon 1992
Lənkəranın Viyən kəndində səyyar qəbul keçirilib - Foto

İyulun 25-də Lənkəran ŞİH başçısı Taleh Qaraşov növbəti səyyar-qəbul görüşünü rayonun Viyən kənd sakinləri ilə keçirib.

Icra aparatının məsul işçilərinin, hüquq-mühafizə orqanlarının, təhsil, səhiyyə, mədəniyyət şöbələrinin və xidmət idarələrinin rəhbərlərinin iştirakı ilə keçirilən səyyar qəbul-görüşü sakinlər razılıqla qarşılayıblar. 

 

Səyyar qəbulda vətəndaşların müraciətləri dinlənilib, qaldırdıqları məsələlər diqqətlə araşdırılıb və həlli ilə bağlı görüləcək tədbirlər barədə onlara yerindəcə ətraflı məlumat verilib. Çıxışlarda müxtəlif məsələlərlə bağlı arzu və təkliflər səsləndirilməklə yanaşı rayonda həyata keçirilən genişmiqyaslı quruculuq-abadlıq işləri, yeni qurulan müasir yol infrastrukturu, kənd təsərrüfatının və sahibkarlığın inkişafına verilən dəstək, maaş, pensiya və müavinətlərin artırılması və əhalinin yaşayış şəraitinin yaxşılaşdırılması ilə bağlı ölkə prezidenti tərəfindən qəbul olunan digər qərarları da yüksək qiymətləndirilib. 

İcra başçısı görüşü yekunlaşdıraraq qaldırılan məsələlərlə bağlı aidiyyəti üzrə məsul şəxslərə bir dahamüvafiq tövsiyyə və tapşırıqlarını verib.

 



Digər xəbərlər

0.25432205200195