Motosiklet qəzasında ölən generalın oğlu imiş...

17:54 26-07-2019 | icon 2927
Motosiklet qəzasında ölən generalın oğlu imiş...

Zığ şossesində motosikletlə qəzaya düşərək ölən şəxs Silahlı Qüvvələrin Baş qərargah rəisinin sabiq birinci müavini, general-leytenant Eyvaz Cəfərovun oğlu olub.

Bu barədə eks-müstəntiq Rüfət Səfərov məlumat yayıb. O bildirib ki, Eyvaz Cəfərovun oğlu Eldar Cəfərov ötən il də qəza törədib, nəticədə barmaqları kəsilib.

 

Əldə etdiyimiz məlumata görə, qəza iyulun 25-də saat 17 radələrində baş verib. Belə ki, generalın oğlu idarə etdiyi “Suzuki” markalı motosikleti yol kənarındakı maneəyə vurub və aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Qeyd edək ki, Eyvaz Cəfərov 2017-ci ildə istefaya göndərilib.


Digər xəbərlər

0.27607202529907