“Nar” eşitmə məhdudiyyətli insanların işlə təmin olunmasına dəstək oldu
İnsanların həyat keyfiyyətinin yüksəldilməsinə yönəlmiş layihələrə hər zaman xüsusi diqqətlə yanaşan “Nar”-ın eşitmə məhdudiyyətli insanlar üçün təşkil etdiyi “Təlim Məktəbi” layihəsi başa çatıb.
Üç ay boyun davam edən layihədə ümumilikdə 45 nəfər 3 fərqli peşə üzrə intensiv kurslarda iştirak edərək aşpaz, şirniyyat ustası və motorçu peşələri üzrə biliklərə yiyələniblər. Bu layihə eyni zamanda, eşitmə məhdudiyyətli insanların işlə təmin olunmasına da yardım edib. Belə ki, layihənin yenicə başa çatmasına baxmayaraq, artıq 7 nəfər müxtəlif biznes qurumlarında işə başlayıb.
“Təlim məktəbini başa vuran iştirakçıların hər biri bacarıqlı və cəmiyyət üçün faydalı fərdlərdir. Onların vaxtında və düzgün istiqamətləndirilməsi çox sevindiricidir. Əminəm ki, bu layihədə iştirak edən hər kəs cəmiyyətdə öz yerini tuta biləcək” – deyə layihənin təlimçisi Bəhrəm Hüseynov bildirib.
Qeyd edək ki, “Nar” və “Karlara Dəstək” İctimai Birliyi ilə birgə reallaşdırılan “Təlim məktəbi” layihəsi eşitmə məhdudiyyəti olan insanların peşə sahibi olmaqla cəmiyyətə inteqrasiyasına dəstək məqsədilə keçirilib. Peşə təlimi ilkin olaraq paytaxt Bakıda həyata keçirildi. Gələcəkdə isə bölgələrdə də “Təlim məktəbi” layihəsinin davam etdirilməsi planlaşdırılır.
“Nar” 4 ilə yaxındır ki, eşitmə məhdudiyyətli insanlar üçün bu cür təlimlər təşkil etməklə, onların müxtəlif peşəyə yiyələnməsinə və iş bacarıqlarının artmasına töhfə verir. Fiziki məhdudiyyətli insanlara dəstək və onların cəmiyyətə inteqrasiyası “Nar”-ın korporativ sosial məsuliyyət (KSM) strategiyasının əsas istiqamətlərindən biridir.
-
“Nar” Bayraq Günü münasibətilə “Cümhuriyyət bayrağı” kitabını nəşr etdi
...
-
“Nar” beynəlxalq MMA yarışı “RIZIN” turnirinin rəsmi tərəfdaşıdır
...
-
Neftimiz bu gün neçəyə satılır?
...
-
Ələt Azad İqtisadi Zonasının 10.5 hektar hissəsində yaşıllıq ərazisi salınacaq
...
-
Taksidə 500 milyon kilometr və 18 əsr: “Maxim” Azərbaycanda çalışdığı dövrün hesabatını açıqlayır
...
-
Azərbaycanda kim taksidə gedir: Sərnişinin portreti
...
-
Prezident ödənişli yeni avtomobil yolunun açılışına qatıldı - Fotolar
...
-
“Azeri Light” ucuzlaşdı
...
-
“Nar”dan yeni abunəçilər üçün xüsusi endirim: FULL 6 yarı qiymətə!
...
-
Sabahdan Sumqayıtdan Bakıya “ekspres” qatarlar işləyəcək
...