Futvolley üzrə beynəlxalq turnir keçiriləcək
Bakıda avqust ayının 2-dən 4-nə kimi futvolley üzrə beynəlxalq turnir keçiriləcək.
Ənənəvi turnirin oyunları “Dalga Lite” (Dalga Beach)”də olacaq. Artıq 3 ildir ki baş tutan “Baku World Open International Footvolley Tournament” ötənilki tunirlərdən fərqli olaraq bu dəfə 14 ölkədən 30-dan yuxarı komandalardan təşkil olunub. Azərbaycan Futnet Federasiyasının (AFNF) təşkilatçılığı ilə keçiriləcək yarış 3 gün davam edəcək. Lakin AFNF bu il turnirdən öncə komandalar üçün təlim-məşq toplanışı təşkil edəcək. Toplanış iyunun 29-dan başlayaraq avqustun 1-nə kimi davam edəcək.
Buna görə də, iştirakçı ölkələrin komandaları artıq iyunun 28-də Bakıda olacaqlar. Təlim-məşq toplanışında praktiki məşğələlər “Dalga Lite” (Dalga Beach)”də nəzəri təlimlər isə yenicə təmirdən çıxmış “Piano” otelində təşkil olunacaq. Məşğələlərdə təlimlər keçmək üçün dünyanın məşhur futvolleyçiləri də Bakıda toplaşacaqlar. Bu məşğələ turnir öncəsi hazırlıq xarakteri daşıyacaq.
Turnirin finalından sonra idmançılar ölkəmizin tanınmış incəsənət xadimlərinin iştirakı ilə təşkil olunacaq dənizkənarı konsertdə iştirak edəcəklər. 2 saatlıq konsert diskoteka ilə davam edəcək. Bununla da AFNF-nin təşkilatçılığı ilə paytaxtımız daha bir möhtəşəm turnirə ev sahibliyi edəcək.
-
“Neftçi” kubokun qalibidir - Video
...
-
"İQ Sports" media və marketinq agentliyi fəaliyyətə başladı
...
-
Qurban Qurbanov “Beşiktaş”ın baş məşqçi postuna namizəddir - Rəsmi
...
-
I Liqa: "Qaradağ Lökbatan" liderliyini möhkəmləndirdi
...
-
Fərid Qayıbov ABŞ-də azərbaycanlı idmançılar və tələbələrlə görüşüb
...
-
"Red Bull Four 2 Score Azerbaijan" ölkə finalı keçiriləcək
...
-
Millimizə 20 futbolçu dəvət olundu
...
-
Bakı kənd və qəsəbələri arasında ll minifutbol turnirində üçüncü turun oyunları keçirilib
...
-
Ümumdünya Antidopinq Agentliyi (WADA) 2024-cü il 19 aprel tarixini dünyada Ədalətli İdman Günü elan edib
...
-
Azərbaycanın bank sektorunun əməkdaşları Azərbaycan Bilyard Federasiyasının təşkilatçılığı ilə keçirilən bilyard turnirində mübarizə aparırlar
...