Yayılan səs yazısı ilə bağlı Baş Polis İdarəsindən açıqlama

19:40 26-07-2019 | icon 3759
Yayılan səs yazısı ilə bağlı Baş Polis İdarəsindən açıqlama

Bakı şəhər Baş Polis İdarəsi sosial şəbəkələrdə və bəzi xəbər saytlarında “polis işçisinin şok səs yazısı yayıldı” sərlövhəli yazı ilə bağlı məlumat yayıb. 

 BPİ qeyd edir ki, bununla bağlı müvafiq araşdırma aparılaraq, orada adıçəkilən şəxslərin kimliyi və fəaliyyəti öyrənilib.

 

Müəyyən olunub ki, orada adı çəkilən, yaxud səs yazısı olduğu iddia olunan şəxs bölgə rayonlarından birinin polis şöbəsində polis nəfəri olmuş Lətif Hacıyev 2013-cü ildə daxili işlər orqanlarından xaric olunub. Bu məlumat polis orqanları ilə hər hansı bir dəqiqləşdirmə aparmadan, reallığa uyğun olmayan, qərəzli məlumatların yayılmasına səbəb olub. Qeyd olunanlardan xəbərsiz olan şəxslərin sosial mediya platformalarında polisin ünvanına söylədiyi fikirlər tamamilə həqiqətdən uzaqdır, faktlar dəlil-sübutlara əsaslanmır.


Digər xəbərlər

0.28496503829956