Ermənilər təmas xəttində təxribat törətdi - Foto

16:36 27-07-2019 | icon 2394
Ermənilər təmas xəttində təxribat törətdi - Foto

Azərbaycan-Ermənistan təmas xəttində yerləşən sərhəd döyüş mövqelərinə qarşı düşmən tərəfi atəşkəs rejimini pozmaqla növbəti təxribatı törədib.

 Dövlət Sərhəd Xidmətinin yaydığı məlumata görə, düşmən snayperləri tərəfindən döyüş mövqelərimizdən arxa istiqamətdə hərəkətdə olan “Kamaz” markalı hərbi yük maşını atəşə tutulub, açılan güllələrdən biri avtomobilin ön şüşəsinə dəyib.

Düşmən snayperinin atəş nöqtəsi cavab atəşilə susdurulub.

Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədində təmas xəttinin xidmət apardıqları sahəsində əməliyyat şəraitinə tam nəzarət edir.

 


Digər xəbərlər

0.26824307441711