“Gilan Kuboku”nun qalibi bəlli oldu - 10 min mükafat

11:22 29-07-2019 | icon 3800
“Gilan Kuboku”nun qalibi bəlli oldu - 10 min mükafat

Şirkətlərarası “Gilan Kuboku” mini futbol turnirinin final mərhələsi başa çatıb.

Ilk turdan maraqlı oyun sayəsində çempionatın favoritlərinə çevrilən və finala adlarını yazdıran “Gilan Holding” və "Azərsun Holding" komandaları arasında sona kimi davam edən gərgin mübarizə, 2:1 hesabı ilə “Azərsun Holding” komandasının qalib gəlməsi ilə nəticələnib.

“Gilan Kuboku”nda 3-cü yer uğrunda görüş isə, 3:0 hesabı ilə “FAB Boya” komandasının “Kapital Bank” komandası üzərində qələbəsi ilə yekunlaşıb.

 

Beləliklə, Azərbaycanın iqtisadı inkişafına töhfə verən, qabaqcıl şirkətlər arasında dostluq əlaqələrin möhkəmlənməsi ilə nəticələnən “Gilan Kuboku” mini futbol turnirin qalibi olan “Azərsun Holding” komandası 10,000 AZN məbləğində mükafat ilə təltif olunub.

Turnirdə ikinci yer tutan “Gilan Holding” komandasına 5,000 AZN, 3-cü yerin sahibi “FAB Boya” komandasına isə 3,000 AZN məbləğində mükafat verilib. Bundan əlavə, qalib komandalarının oyunçularına medallar, sertifikatlar və hədiyyələr təqdim olunub.

Xatırladaq ki, “Gilan Holding” tərəfindən keçirilən turnirdə 16 komanda iştirak edib.

 




Digər xəbərlər

0.31061005592346