Səmra, Aysel və digərləri “Jara”nın qırmızı xalısında - Fotolar
“Jara-2019” Beynəlxalq Musiqi Festivalının sonuncu günü - iyulun 28-də iştirakçılar qırmızı xalı üzərindən keçiblər.
Xalq artisti Emin Ağalarov festivalın sonuncu günü səhnəyə məşhur gənc musiqiçilərin çıxacağını söyləyib və onların ifalarının tamaşaçılar tərəfindən böyük maraqla qarşılanacağına əminliyini ifadə edib. O vurğulayıb ki, festivalın sonuncu günü çox təmtəraqlı keçir. Bu gün festivalın ən hərarətli günüdür. “Bütün iştirakçılara təşəkkürümü bildirirəm və hər kəsi doğma “Jara” festivalında görməkdən çox şadam. Bugünkü konserti Timati bağlayacaq. Bu da çox möhtəşəm olacaq”, - deyə Emin Ağalarov qeyd edib.
Sonra məşhur ifaçılar və qruplar - Timati, Nazima, TERNOVOY, Doni, Mişa Marvin, Klava Koka, Natan, Qriqori Leps, Ciqan, MOLLY, Loboda, HammAli i Navai, CYGO, Mari Kraymbreri, Rauf, Faiq, ZOMB, Nyuşa, Lyubov Uspenskaya, Rasa, Kosmos Girls, Elvin Qrey, Ellai, MOT, Aısel, Asammuell, Babək Məmmədrzayev, Samra, Fika, İsayya, Evqeniya Mayer, Velvet, Aleksandr Panayotov, Slava, Yuliya Kovalçuk, JONY, Elman, Andro, Gemini, Alessandra, Anna Sedokova, Timur Rodriqez, TEREZA və Serebro da qırmızı xalıdan keçərək fikirlərini jurnalistlərlə bölüşüb, bugünkü konsertdə ifaların əsl bayram əhval-ruhiyyəsi yaradacağını qeyd ediblər. Onlar, həmçinin konsertə böyük həvəslə hazırlaşdıqlarını söyləyiblər.
-
“Apatiya” filminin qala gecəsi baş tutub
...
-
“CinemaPlus” Ümummilli Liderin səfərləri haqqında filmlərə dəstək olub - VİDEO
...
-
Akademik Musiqili Teatrın aktyorları Novosibirsk teatrının yubileyində iştirak ediblər
...
-
Leyla və Arzu Əliyeva SƏNƏT Uşaq Musiqi və İncəsənət Mərkəzində - Fotolar
...
-
CinemaPlus-da “Efsane” filminin qala gecəsi keçirilib
...
-
"Rəfiqə xanın yalnız Azərbaycan SSR-in "Xalq artisti", müxtəlif titullar alan baletmeyster yox, həm də pedaqoq, maarifçi və gözəl insan idi"
...
-
Türkiyədə izlənmə rekordları qıran “Ölümlü Dünya 2” komediyası “CinemaPlus”da
...
-
Rəfiqə Axundovanı da itirdik
...
-
Onun həbsxana yaradıcılığı: Mən qərib kinorejissoram - Yılmaz Güney
...
-
Maskalar açıldı, qalib bəlli oldu - Video
...