Alı Alıyev Arayatılı kəndində növbəti səyyar qəbul keçirib - Foto
Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyevin növbəti səyyar qəbul-görüşü Arayatılı kəndində keçirilib.
Səyyar qəbulda rayonun idarə, müəssisə və təşkilatları, ictimaiyyət nümayəndələri iştirak edib.
Səyyar qəbulda çıxış edən Alı Alıyev bildirib ki, 1018 nəfər əhalinin yaşadığı Arayatılı kəndinin işıq, su, qaz, yol ilə bağlı sosial problemləri tam həll olunub, əhali məcburi köçkünlər üçün qanunvericilikdə nəzərdə tutlan bütün imtiyazlardan istifadə edirlər. Kənd sakinlərindən məcburi köçkün statusu olan 1018 nəfərə hər ay 50400 manat vahid aylıq müavinət ödənilir, 5 ailəyə ünvanlı sosial yardım təyin edilib, 1 ailə isə özünüməşğulluq proqramına cəlb olunub. Arayatılı kəndində 5 şəhid ailəsi, 4 Qarabağ müharibəsi əlili var. Kənd sakinlərindən 185 nəfərə müxtəlif növ pensiya və müavinət verilir. Kənd sakinlərindən 205 nəfər müxtəlif idarə, müəssisə və təşkilatlarda işləyirlər. Kənddə məktəb, uşaq bağçası, tibb məntəqəsi, mədəniyyət evi, kitabxana fəaliyyət göstərir, torpaq islahatı aparılıb, hər bir kənd sakini pay torpağı ilə təmin olunub. 2018-2019-cu təsərrüfat ilində 180 ha taxıl, 62 ha pambıq əkilib, 1772 kq barama istehsal olunub.
Alı Alıyev qeyd edib ki, hazırda Arayatılı kəndində Heydər Əliyev Fondu tərəfindən ən müasir standartlara cavab verən körpələr evi-uşaq bağçası tikilir. İlin sonuna kimi bağça azyaşlıların istifadəsinə veriləcək.
Səyyar qəbulda rayonun xidmət təşkilatlarının gördükləri işlərə dair hesabatları dinlənilib.
Ayrı-ayrı sahələrə dair kənd sakinləri tərəfindən irəli sürülən müraciət, təklif və şikayətlər rayon İcra Hakimiyyəti başçısının göstərişi ilə yerindəcə həll edilib, digərləri isə həll edilməsi üçün nəzarətə götürülüb.
-
Təhlükəsizlik orqanlarının 105 illiyi ilə bağlı tədbir keçirildi - Fotolar
...
-
“DTX 100-ə yaxın xüsusi xidmət orqanı ilə əməkdaşlıq edir”
...
-
İlham Əliyev Putinə zəng etdi
...
-
İlham Əliyev Vladimir Putinə başsağlığı verdi
...
-
Cevdet Yılmaz Mehriban Əliyevanı təbrik etdi
...
-
Ərdoğandan İlham Əliyevə Novruz təbriki
...
-
Mehriban Əliyevadan ilaxır çərşənbə ilə bağlı paylaşım
...
-
Prezidentin Xankəndidəki çıxışının - Videosu
...
-
Prezident Xankəndi ilə bağlı faktları açıqladı
...
-
Xankəndinin mərkəzi meydanına “Zəfər meydanı” adı verilib
...