Arif Qasımov rayon sakinləri ilə görüşdü - Fotolar

15:46 29-07-2019 | icon 2789
Arif Qasımov rayon sakinləri ilə görüşdü - Fotolar

İyulun 29-da Nizami Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov 70 №-li məktəb-liseydə növbəti səyyar qəbul keçirib.

Səyyar qəbul 3 №-li sahə inzibati ərazi dairəsi üzrə C.Naxçıvanski küçəsi 10, 12, 14, 16 ünvanlarda yaşayan sakinlərlə keçirilib.

Qəbulda Rayon İcra Hakimiyyəti başçısı aparatının və 3 №-li sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyin əməkdaşları, rayonun xidmət sahələrinin rəhbərləri və sakinlər iştirak ediblər.

 

Qəbulda sakinlər kanalizasiya sisteminin təmiri, məhəllədə ağacların budanması, su kranının qoyulması, söhbətgahlardakı oturacaqların təmiri, küçə işıqlarının bərpası, və digər sosial problemlərlə bağlı Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımova müraciət ediblər.

Rayon sakinlərinin arzu və təklifləri, müraciət və şikayətləri rayon rəhbərliyi tərəfindən dinlənilib, vətəndaşların müraciətlərində qaldırılan məsələlərin bəziləri yerində həll edilib, araşdırılmasına ehtiyac olan digərlərinin qanunvericiliyə uyğun və operativ həlli üçün müvafiq təşkilat rəhbərlərinə tapşırıqlar verilib.

 





Digər xəbərlər

0.2470531463623