Bakıda dəmiryolunda qəza - Yaralılar var
Bakının Zirə qəsəbəsində (Qala yolu) qatar taksini vurub.
Hadisə nəticəsində 4 nəfər xəsarət alıb. Onların vəziyyətlərinin çox ağır olduğu bildirilir.
Səhiyyə Nazirliyindən “Qafqazinfo”ya verilən məlumata görə, Təcili-Tibbi Yardım Xidmətinə çağırış saat 12:44-də qeydə alınıb.
Hadisə yerinə 5 briqada cəlb olunub.
Hazırda həkim briqadaları insident yerində işləyir.
***
Səhiyyə Nazirliyinin məlumatına görə, hazırda iki nəfərin vəziyyəti ağırdır. Belə ki, 22 yaşlı qız qapalı kəllə-beyin travması və yuxarı ətrafların sınığı, 20 yaşlı oğlan da qapalı kəllə-beyin travması diaqnozu ilə 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.
Qəza nəticəsində taksidə olan digər iki nəfərə- 38 və 33 yaşlı kişilərə isə yerindəcə yardım göstərilib. Sonuncu şəxs hospitalizasiyadan imtina edib.
***
“Azərbaycan Dəmir Yolları” QCS-dən bildirilib ki, bu gün saat 12:45-də Qala-Binə mənzilinin 30-cu kilometrində yerləşən qorunmayan dəmir yolu keçidində yol-nəqliyyat hadisəsi baş verib.
İnfrastruktur Departamentinin 4 saylı yol sahəsinə məxsus drezin qorunmayan dəmir yolu keçidində hərəkətdə ikən, keçidi keçməyə cəhd göstərən Pirallahı qəsəbəsinin sakini Rəşad Cəlil oğlu Əliyevin idarə etdiyi “Mersedes” markalı” avtomaşın drezinlə toqquşub.
Hadisə nəticəsində avtomobildə olan 3 nəfər sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri aldıqları üçün təcili tibbi yardım maşınları ilə xəstəxanaya aparılıb.
Hadisənin baş verməsinə səbəb avtomobilin sürücüsü tərəfindən Azərbaycan Respublikasının “Yol hərəkəti haqqında Qanunu”nun 44-cü maddəsinin tələblərinin pozulması olub.
-
Ölkəyə saxta 10 min dollar gətirənlər saxlanıldı - Foto
...
-
PFL rəhbərliyi Xankəndi yolunda qəzaya düşdü
...
-
Rəşad Dağlı qətldən əvvəl bıçaq alarkən - Video
...
-
4 milyonluq narkotik dövriyyədən çıxarıldı - Video
...
-
Narkоtik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri davam еtdirilib - DSX
...
-
Rəşad Dağlının həmin gün dedikləri - İlk video
...
-
Azərbaycanda terrorçu cinayət başında saxlanıldı
...
-
DTX və Miqrasiya Xidməti əməliyyat keçirdi, saxlanılanlar var - Video
...
-
DTX və DMX birgə əməliyyat keçirib, Azərbaycanda qanunsuz yaşayan əcnəbilər saxlanılıb
...
-
Hipermarketə silahlı hücumda təqsirləndirilən şəxs məhkəmədə ifadə verib
...