Bakıda dəmiryolunda qəza - Yaralılar var
Bakının Zirə qəsəbəsində (Qala yolu) qatar taksini vurub.
Hadisə nəticəsində 4 nəfər xəsarət alıb. Onların vəziyyətlərinin çox ağır olduğu bildirilir.
Səhiyyə Nazirliyindən “Qafqazinfo”ya verilən məlumata görə, Təcili-Tibbi Yardım Xidmətinə çağırış saat 12:44-də qeydə alınıb.
Hadisə yerinə 5 briqada cəlb olunub.
Hazırda həkim briqadaları insident yerində işləyir.
***
Səhiyyə Nazirliyinin məlumatına görə, hazırda iki nəfərin vəziyyəti ağırdır. Belə ki, 22 yaşlı qız qapalı kəllə-beyin travması və yuxarı ətrafların sınığı, 20 yaşlı oğlan da qapalı kəllə-beyin travması diaqnozu ilə 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.
Qəza nəticəsində taksidə olan digər iki nəfərə- 38 və 33 yaşlı kişilərə isə yerindəcə yardım göstərilib. Sonuncu şəxs hospitalizasiyadan imtina edib.
***
“Azərbaycan Dəmir Yolları” QCS-dən bildirilib ki, bu gün saat 12:45-də Qala-Binə mənzilinin 30-cu kilometrində yerləşən qorunmayan dəmir yolu keçidində yol-nəqliyyat hadisəsi baş verib.
İnfrastruktur Departamentinin 4 saylı yol sahəsinə məxsus drezin qorunmayan dəmir yolu keçidində hərəkətdə ikən, keçidi keçməyə cəhd göstərən Pirallahı qəsəbəsinin sakini Rəşad Cəlil oğlu Əliyevin idarə etdiyi “Mersedes” markalı” avtomaşın drezinlə toqquşub.
Hadisə nəticəsində avtomobildə olan 3 nəfər sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri aldıqları üçün təcili tibbi yardım maşınları ilə xəstəxanaya aparılıb.
Hadisənin baş verməsinə səbəb avtomobilin sürücüsü tərəfindən Azərbaycan Respublikasının “Yol hərəkəti haqqında Qanunu”nun 44-cü maddəsinin tələblərinin pozulması olub.
-
DTX Azərbaycan vətəndaşı olan 13 terrorçunu həbs etdi - Video
...
-
DİN-dən Gədəbəylə bağlı daha bir - Açıqlama
...
-
“Ay Brat” meyxanası ilə məşhurlaşan Mahir həbs olundu - Fotolar
...
-
Bu hərəkətlərinə görə onlara müəllimlik etmək qadağan edildi
...
-
“İsgəndər dedi ki, həmin adam bildiklərini gəlib toyda yayacaq”
...
-
“Dedi ki, onu öldürdüm, məni polisə təslim et” - Rəşad Dağlının qardaşı
...
-
Rufulla Axundzadə vəzifəli şəxslərə qarşı sui-qəsd hazırlayıbmış - Video
...
-
Azərbaycanda terror planlaşdırmaqda şübhəli bilinən şəxslər ifşa edildi - Video
...
-
Bakıda saxta dollar dövriyyəyə buraxmaq istəyən şəxs saxlanıldı - Fotolar+Video
...
-
O video Bakıda necə çəkilib? - DTX qadınları saxladı
...