İcra başçısı karateçilərimizə pul payladı
Zəngilan Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Həsənov, ilin birinci yarısında göstərdiyi nəticələrə görə karateçilərdən rayon sakinləri, 2-ci Avropa Oyunlarının qalibi, son Avropa üçüncüsü və Karate1 Seriya A turnirinin qalibi Asiman Qurbanlını, eləcə də Gənclər arasında Avropa çempionu və Dünya Kubokunun qalibi Murad Hacızadəni, həmçinin "Araz" İdman klubunun məşqçisi və bir sıra beynəlxalq yarışların qalibi, milli hakim Siyavuş Bayramovu qəbul edib.
Tanınmış Zəngilan idmançıları ilə mütəmadi görüşlər keçirən R.Həsənov, dövlət başçısı cənab İlham Əliyevin yürütdüyü idman siyasəti nəticəsində Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun artmasını və ölkəmizə böyük töhfələr verməsini diqqətə çatdırıb. Qazanılan nəaliyyətlərin məhz dövlət qayğısı sayəsində əldə olunduğundan danışan İcra başçısı idmançıların məişət problemləri ilə maraqlanıb və daha böyük uğurlar arzulayıb.
Görüşdə həmçinin İcra başçısının müavini Nizami Mönsümov, rayon Gənclər və İdman İdarəsinin rəisi Natiq Quluzadə, həmçinin Azərbaycan Milli Karate Federasiyasının Media və İctimaiyyətlə İşlər katibi Sənan Məhərrəmov iştirak edib.
İdmançıların çıxışlarının ardından, belə görüşlərin onların ruh yüksəkliyinin artırılmasında böyük əhəmiyyət kəsb etdiyini bildirən federasiya rəsmisi, səmimi qəbula görə təmsil etdiyi təşkilatın rəhbərliyi adından Zəngilan rayon rəhbərliyinə minnətdarlıq ifadə edib. Sonda İcra başçısı Ramiz Həsənov qonaqları Fəxri Diplom və pul mükafatları ilə təltif edib.
-
Azərbaycan “Prezident Kuboku 2024” beynəlxalq reqatasını doqquz medalla başa vurub - FOTOLAR
...
-
Fərid Qayıbov: "Əminəm ki, növbəti Olimpiya Oyunlarına lisenziya qazanan avarçəkənlərimizin sayı daha çox olacaq"
...
-
“Prezident Kuboku 2024”: ikinci gündə üç medal - FOTOLAR
...
-
"Prezident Kuboku-2024" beynəlxalq reqatasında ikinci günə start verildi
...
-
Azərbaycanın minifutbol millisi beynəlxalq turnirin qalibi oldu
...
-
"Prezident Kuboku 2024" beynəlxalq reqatasında ilk günün qalibləri mükafatlandırılıb
...
-
AMADA təmiz idman təbliğatını Suqovuşanda davam etdirir
...
-
Dünya Kuboku növbəti dəfə Bakıda!
...
-
"DreamLand" qolf akademiyasında "Lexus Trophy 2024" turniri keçirilib
...
-
Elman Nəsirov: Avarçəkmə Azərbaycanda bu qədər populyar olmamışdı
...