Lənkəran ŞİH başçısı növbəti səyyar qəbulunu keçirib - Foto
İyulun 29-da Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov növbəti səyyar qəbul görüşünü rayonun Siyavər kənd sakinləri ilə keçirib.
Səyyar qəbulda İcra aparatının, hüquq mühafizə orqanlarının, təhsil, səhiyyə, mədəniyyət şöbələrinin və xidmət idarələrinin rəhbər işçiləri iştirak edib. Səyyar qəbuldan razılıq edən kənd sakinləri onların müraciətlərinə vaxtında baxılmasına, qaldırdıqları məsələlərin yerindəcə araşdırılmasına, problemlərin həllinə görə minnətdarlıqlarını ifadə ediblər.
Hirkan-Mamusta-Siyavar yolunun əsaslı şəkildə təmir olunaraq asfaltlanmasını sevinc hissi ilə qarşılayan sakinlər bu yolun təmirini çoxdan arzuladıqlarını bildirməklə ölkə başçısının ünvanına ən xoş sözlər söyləyiblər. İnzibati ərazi dairəsinə daxil olan yaşayış məntəqələrinin kütləvi şəkildə qazlaşdırılmasını, içməli su xəttinin çəkilişini, yeni elektron ATS-in tikilib istifadəyə verilməsini, rabitə xətlərinin əsaslı şəkildə təmir olunmasını dövlətin vətəndaşlarına davamlı diqqəti və qayğısı kimi dəyərləndirilib.
Ərazidə kənd təsərrüfatı məhsulları istehsalçılarına göstərilən dəstək, ilk dəfə olaraq 150 hektarda çəltiyin əkilməsi, hallobonq sitrus bağlarının salınması bu qayğının bəhrəsi hesab olunub. İcra başçısı görüşü yekunlaşdıraraq qaldırılan məsələlərlə bağlı aidiyyəti üzrə məsul şəxslərə müvafiq tövsiyyə və tapşırıqlarını verib.
-
Bolqarıstanla əlaqələr uğurlu və faydalıdır
...
-
Azərbaycanın potensialı kifayət qədər genişdir
...
-
Strateji tərəfdaşlıq və əməkdaşlığımız formalaşır
...
-
Əməkdaşlığın müsbət dinamikası
...
-
Səmərəli siyasi dialoq
...
-
Strateji tərəfdaşlıq münasibətləri genişlənir
...
-
Səttar Möhbalıyev: “Azərbaycan-Bolqarıstan əməkdaşlığında bütün sahələr üzrə göstəricilər yüksəlir”
...
-
"Talassemiyasız həyat naminə" layihəsi çərçivəsində gənclər ilə görüş keçirilib -FOTOLAR
...
-
Avropanın enerji təhlükəsizliyinin təminatında ölkəmiz mühüm rola malikdir
...
-
Azərbaycandakı əlverişli mühit iqtisadi əlaqələrin genişləndirilməsinə təkan verir
...