AzTV yenidən İngiltərə premyer liqasının yayım hüququnu aldı
Dünyanın bir nömrəli futbol çempionatı olan İngiltərə premyer-liqasının oyunlarını bu mövsüm də tamaşaçılar AZTV-dən izləyə biləcəklər. Qarşıdakı mövsümün oyunları yenə də “İdman Azərbaycan” kanalında canlı yayımlanacaq.
Bu barədə məlumatı kanalın direktor müavini Siyavuş Əliyev verib:
O bildirib ki, AZTV oyunlarının yayım hüququnu əldə edib:
"Bütün azarkeşlərə xoş xəbərimiz var. Məlum olduğu kimi İngiltərə premyer liqasının müqaviləsi ötən mövsümün sonunda başa çatmışdı. Uzun sürən danışıqlardan sonra yenidən bu oyunların yayım hüququna sahib çıxdıq. İngiltərə premyer liqası ölkə futbol çempionatları arasında qiymətini görə digərlərini üstələyir. Bu çempionatın oyunlarının yayım hüququnu əldə etmək elə də asan proses deyil. Nəzərinizə çatdıraq ki, qonşu Rusiyanın ən böyük federal kanalı olan Matç TV belə bu çempionatı yayımlaya bilməyəcək. Belə ki, orada oyunların hüququnu “RAMBLER.RU” əldə edib. Onlar da oyunları tamaşaçılara yalnız abunə xidmət haqqı ilə çatdırır. Eləcə də qonşu Türkiyədə İngiltərə premyer liqası özəl və ödənişli televiziya platformasında yayımlanır. Bütün bunları nəzərə alaraq Azərbaycanda bu liqanın oyunlarının açıq şəkildə yayımlanması tamaşaçılarımıza böyük töhfədir.
Əlavə olaraq qeyd edə bilərik ki, ötən illərlə müqayisədə bu dəfə yayımlanacaq oyunların sayı daha çox olacaq. Əldə edilən razılaşmaya əsasən , oyunlardan əlavə İngiltərə premyer liqasına aid xüsusi hazırlanmış jurnalların hamısı da tamaşaçılara çatdırılacaq”.
-
“Neftçi” “Yaşıl Gələcək” layihəsinə 1000 ağac ianə edib
...
-
Emin Əmrullayev “Neftçi”ni təbrik edib, AFFA İcraiyyə Komitəsindən danışdı: “Bu nəticəyə görə sevinirik”
...
-
Sadıq Sadıqov: "Çoxları "Neftçi"nin kuboku qazanacağına inanmırdı"
...
-
“Neftçi” kubokun qalibidir - Video
...
-
"İQ Sports" media və marketinq agentliyi fəaliyyətə başladı
...
-
Qurban Qurbanov “Beşiktaş”ın baş məşqçi postuna namizəddir - Rəsmi
...
-
I Liqa: "Qaradağ Lökbatan" liderliyini möhkəmləndirdi
...
-
Fərid Qayıbov ABŞ-də azərbaycanlı idmançılar və tələbələrlə görüşüb
...
-
"Red Bull Four 2 Score Azerbaijan" ölkə finalı keçiriləcək
...
-
Millimizə 20 futbolçu dəvət olundu
...