Jurnalistlərlə bağlı monitorinq qrupu yaradıldı
Jurnalistlərin peşə fəaliyyətlərini sərbəst və maneəsiz tənzimlənməsi üçün Mətbuat Şurasında mətbuatla dövlət qurumları arasında problemlərin həlli Daimi Komissiyası fəaliyyətdədir. Komissiyanın tərkibinə MŞ-nin İdarə Heyətinin üzvləri ilə yanaşı, Baş Prokurorluğundan, Daxili İşlər və Ədliyyə Nazirliklərindən nümayəndələr daxildir.
Azərbaycan Mətbuat Şurasının Daxili İşlər Nazirliyi ilə birgə monitorinq qrupu da var ki, onun missiyası bilavasitə kütləvi aksiyalar zamanı jurnalistlərin peşə fəaliyyətlərini sərbəst yerinə yetirmələrinə dəstək göstərilməsinə yönəlib.
Azərbaycan Mətbuat Şurası kütləvi informasiya vasitələri təmsilçilərinin peşə vəzifələrini sərbəst və maneəsiz icrasının daha səmərəli yollarını müəyyənləşdirmək, mövcud istiqamətdəki prosesləri tənzimləmək məqsədilə Daxili İşlər Nazirliyi ilə birgə koordisiya edilmiş iş rejimində fəaliyyətdədir.
Xüsusən də paytaxt Bakı şəhərində müxtəlif rəy sorğuları aparmaq, reportajlar hazırlamaq, jurnalist fəaliyyətindən irəli gələn digər tədbirlər görmək istəyən KİV əməkdaşları hər hansı çətinlik və anlaşılmazlıqla qarşılaşacaqları təqdirdə hər iki qurumun nümayəndələrindən ibarət monitorinq qrupuna məlumat verə bilərlər. Bununla əlaqədar Bakı Şəhər Baş Polis İdarəsindən və MŞ-dən nümayəndələr müəyyənləşdirilib. Onların əlaqə vasitələri aşağıdakı kimidir:
Elşad Hacıyev, Bakı Şəhər Baş Polis İdarəsi - (055) 2889553; (012) 590 68 81
Əvəz Rüstəmov, Azərbaycan Mətbuat Şurası - (050) 206 96 02; (012) 441 35 30
-
Səttar Möhbalıyev: “Dörd kəndin geri qaytarılması Prezidentimizin növbəti qələbəsidir”
...
-
Şənbə günü 30° isti olacaq
...
-
Respublika Pediatriya Mərkəzi yaradıldı - Direktor o oldu+Fotolar
...
-
Sabah 30° isti olacaq
...
-
Bakıda bu yol 3 gün bağlı olacaq
...
-
Səttar Möhbalıyev: “Su ehtiyatlarından daha səmərəli istifadə olunması istiqamətində ölkəmizdə mühüm işlər görülür”
...
-
Adıgözəl Məmmədovun: "Tədqiqatlarımı oğurlayıb, pul qazanan, elmi dərəcə alanlar var"
...
-
Sabaha 28° isti proqnozlaşdırılır
...
-
Leyla Əliyevanın iştirakı ilə növbəti “Bizim Həyət” sakinlərin istifadəsinə verildi - Fotolar
...
-
Davamlı inkişafın göstəriciləri
...