“AFFA bizi qəbul etməyib” – “Uğur” niyə dağılır?

15:21 30-07-2019 | icon 3026
“AFFA bizi qəbul etməyib” – “Uğur” niyə dağılır?

Region Liqasında 2018/2019-cu il mövsümünün qalibi olmuş “Uğur” klubu dağılacağı ilə bağlı rəsmi səhifədə bəyanat yayıb.

Məsələ ilə bağlı “Yeni Sabah”a danışan klubun baş məşqçisi Qəzənfər Abbasov mövcud vəziyyətlə bağlı AFFA tərəfi ilə görüşəcəklərini və yaxın günlərdə “Uğur”un taleyinə aydınlıq gətiriləcəyini bildirib:

“Düzdür, klub tərəfindən dağılma ilə bağlı məlumat verilib. Amma hazırda AFFA ilə danışıqlar gedir. Ola bilsin ki, komandanı saxladıq. Buna görə də dəqiq bir şey demək olmur. Bu həftənin axırında klubun fəaliyyət göstərib-göstərməyəcəyi ilə bağlı məlumat veriləcək. Fəaliyyətin region liqasında və ya 1-ci divizionda davam etdirilməsi görüşdən asılıdır. Klub daxilində də, AFFA rəhbərliyi ilə də görüşüb-danışmalıyıq. Onlar da istəmir ki, bizim klub dağılsın. Buna qədər heç bir görüşməmiz olmayıb. AFFA bizi qəbul etməyib, görüşməyib. Əvvəlcədən görüşmək planı var idi, sadəcə vaxt qoyulmurdu. Lakin bu görüş dağılma ilə bağlı deyildi. Klubun dağılmağı maliyyə ilə bağlı idi. Sponsor tapılmır”.


Digər xəbərlər

0.2590229511261