Güləşçimiz dünya çempionu oldu

21:37 30-07-2019 | icon 3195
Güləşçimiz dünya çempionu oldu

Bolqarıstanın paytaxtı Sofiyada yeniyetmə güləşçilər arasında dünya çempionatı davam edir.

Mundialın ilk medal günündə Azərbaycan millisinin üzvü fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. 

 

Komandamızın heyətində Cəbrayıl Hacıyev (65 kq) çempion tituluna yiyələnib. O, həlledici qarşılaşmada Avropa Gənclər Yay Olimpiya Festivalının finalında məğlub etdiyi rusiyalı Batirbek Tşxovrebovla üz-üzə gəlib və Bakıdakı ssenari təkrarlanıb. Yenə hesabda geriyə düşən yığman üzvü əzmkar qələbə qazanaraq (6:4) dünya çempionatının qızıl medalına sahib olub.


Digər xəbərlər

0.20903301239014