İsmayıllının ağır atletləri qələbə qazanıblar

10:51 31-07-2019 | icon 67
İsmayıllının ağır atletləri qələbə qazanıblar
loading...

İsmayıllıda müxtəlif idman növləri ilə yanaşı ağır atletikanın təşkili və inkişafına da (xüsusilə qızlar arasında) ciddi diqqət yetirilir. Bu idman növündə qələbə ruhlu ənənələri olan rayonun idmançıları Respublika və Beynəlxalq yarışlarda layiqli qələbələr qazanırlar. Bu günlərdə də belə olub. 27-28 iyul 2019-cu il tarixdə Şüvəlan qəsəbəsindəki Ağır Atletika Akademiyasında 15 və 17 yaşadək yeniyetmə oğlan və qızlar arasında keçirilən Azərbaycan birinciliyində İsmayıllı atletləri fəal iştirak edib, qaliblər sırasına daxil olublar. Selcan Qarayeva (45 kq. çəkidə) birinci, Kənan Rəhimov (49 kq. çəkidə) ikinci və Ədalət Məmmədli (61 kq. çəkidə) üçüncü yeri tutublar.
Bu nəticələr həm də məşqçi Vüsal Ağayevin səmərəli fəaliyyətinin və öyrədicilik bacarığının nəticəsidir.


Digər xəbərlər

1.7168629169464