Hərf səhvi müzakirələrə səbəb oldu: Ağstafa İcra Hakimiyyətindən açıqlama
Sosial şəbəkələrdə Ağstafa rayonunun girişində abidənin üzərində rayonun adının səhv yazılması ilə bağlı foto yayılıb.
Feysbukda yayılan fotonun məlumat bölməsində qeyd edilib ki, bu barədə rayon icra başçısı Nizaməddin Quliyev belə qərar verib.
Ağstafa İcra hakimiyyəti başçısının köməkçisi Məhəmməd Məmmədov saytımıza açıqlamasında bildirib ki, bu təmirlə əlaqədardır:
“Hər halda rayonun adı Ağstafadırsa, belə də yazılmalıdır. Sadəcə olaraq, təmir işləri hələ tam yekunlaşmayıb. Hazırda yazının fonu müəyyənləşdirildiyi üçün hərflər ora tam yapışdırılmayıb. Bir-bir hərflərin yerini dəyişərək yoxlayırlar. Fotoda da görünür ki, “S” hərfi işçinin əlindədir. Hər hərfi müvəqqəti qoyub duruş formasına baxıb qərar verirlər. Heç ola bilsin ki, orada “Ağstafa” sözü olmadı. Layihəyə uyğun olaraq yoxlanış işləri aparılır, sonda yekun qərar veriləcək”.
-
Sərhədçilər “Heydər zirvəsi”nə yürüş təşkil ediblər - VİDEO
...
-
Elçin Quliyev III Çarlzla bir arada - Fotolar
...
-
Professor İbrahim Cəfərovun “Bitki xəstəlikləri və onların idarə edilməsi” kitabı çap edilib - FOTO
...
-
DTX-nin əməkdaşları “Heydər zirvəsi”nə yürüş təşkil etdi
...
-
Yağış yağacaq - Faktiki hava açıqlandı
...
-
Elmi-Tədqiqat Kardiologiya İnstitutunda Elmi Şuranın növbəti iclası keçirilib
...
-
Mədəniyyətlərarası dialoq uğurlu platformadır
...
-
Postmüharibə dövrünün reallıqları
...
-
Azərbaycanın təklifləri qəbul olunmalıdır
...
-
Çoxtərəfliliyə sadiqlik
...