Bakıda qadının hicab mağazasından oğurluğu anbaan kameraya düşdü – VİDEO

11:35 31-07-2019 | icon 5151
Bakıda qadının hicab mağazasından oğurluğu anbaan kameraya düşdü – VİDEO

Bakının Nizami rayonunda yerləşən mağazaların birində qadın oğurluq edib.

Bu barədə hadisə şahidləri BAKU.WS-in “qaynar xətti”nə məlumat veriblər. Bildirilir ki, oğurluq Neftçilər metrosu yaxınlığında hicab mağazasında qeydə alınıb.

Bildirilir ki, mağazaya girən qadın satıcının diqqətini yayındırır və kassanın qarşısından pul qabını götürür. Xüsusi məharətlə oğurluq edən qadın tələsik olaraq dükandan çıxıb.

Pul qabının içindən 700 manat pul, bank kartları və sənədlər olub. 

 


Digər xəbərlər

0.21208596229553