Maaşlar kəsilir iddiasına "Azəriqaz"dan cavab 

13:58 31-07-2019 | icon 2958
Maaşlar kəsilir iddiasına

“Azəriqaz” İstehsalat Birliyi (İB) Tərtər Regional Qaz İstismarı İdarəsinin Ağdam xidmət sahəsinin bir neçə işçisi bu ilin yanvar ayından etibarən, maaşlarını tam həcmdə ala bilməmələri barədə müxtəlif informasiya agentliklərində açıqlamalar veriblər.

“Azəriqaz” İB olaraq deyilənlərin böhtan olduğunubəyan etməklə qeyd edirik ki, hər ay üzrə Tərtər Regional Qaz İstismarı İdarəsinin Ağdam xidmətsahəsinin fərdi sahibkarlarına xidmət haqları xidmət günlərinə uyğun hesablanıb. Aylıq hesablanan xidmət haqqından 2,50 manat ASAN imza üçün aylıq abunə çıxıldıqdan sonra Dövlət Sosial Müdafiə F ondu(DSMF) ödənişi yanvar-fevral aylarında 16,10 manat, mart-iyun aylarında 22,10 manat və xidmət haqqının təxminən 5% gəlir vergisi çıxıldıqdan sonra qalan məbləğ fərdi sahibkarın xidmət kartına köçürülür. Məhz bu qaydada hesablama aparılıb və ödəniş üçün banka göndərilib. Əgər fərdi sahibkarlar cari hesablarından, vergi və xidmət kartının hesablarından çıxarışları bankdan götürsələr, həmin ödənişləri orda görə bilərlər. O halda dediklərinin böhtan olacağı üzə çıxacaq.


Digər xəbərlər

0.2750141620636