“Azercell” Olimpiadaya dəstək olur

03:08 01-08-2019 | icon 3063
“Azercell” Olimpiadaya dəstək olur

İnformasiya-kommunikasiya texnologiyalarının insan həyatının bütün sahələrinə sürətlə nüfuz etdiyi dövrdə cəmiyyətin rəqəmsal savadının artırılmasını öz fəaliyyətinin ən prioritet istiqamətlərinin birinə çevirən Azercell Telekom növbəti təşəbbüslərlə çıxış etməyə davam edir.

Bu il paytaxt Bakıda keçiriləcək dünyada kompüter elmi sahəsində gənclər arasında ən nüfuzlu yarışlardan hesab olunan 31-ci Beynəlxalq İnformatika Olimpiadasında Azercell şirkəti İstedadların Rəqəmsal Sponsoru qismində təmsil olunacaq.

 

Xatırladaq ki, 2017-ci ildən etibarən Azercell şirkəti Təhsil Nazirliyi ilə birgə Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi vasitəsilə azərbaycanlı olimpiyadaçılar üçün xüsusi hazırlıq məşğələlərinin təşkilində iştirak edir. İstedadların Rəqəmsal Sponsoru olmaqla yanaşı, Azercell şirkəti həm də yarışmaçılar və onları müşayiət edən heyəti Azərbaycanda olduqları müddət ərzində mobil internet və xüsusi hədiyyələrlə də təmin edəcək.

 

 

Digər xəbərlər

0.27837705612183