“Yeni transferlərin oyunu mənə ləzzət elədi” - “Qarabağ”ın prezidenti

03:29 01-08-2019 | icon 2071
“Yeni transferlərin oyunu mənə ləzzət elədi” - “Qarabağ”ın prezidenti

Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab matçında "Qarabağ" - "Dandolk"u 3:0 hesabı ilə məğlub edərək növbəti mərhələyə adlayıb.

 Ağdam klubunun prezidenti Tahir Gözəl qələbəni şərh edib:

 

“Yaxşı oyun oldu. İlk qolu erkən vurmağımız mərhələ keçməyimizə kömək etdi. Çünki bundan sonra rəqib hücum etmək niyyətində idi. APOEL güclü komandadır. Reytinqdə də bizdən yuxarıdır. Amma yeni transferlərimizin oyunu mənə ləzzət elədi. Düşünürəm ki, Qurban Qurbanov komandanı düzgün idarə edir. Fikrimcə, bugünkü “Qarabağ” tarixin ən güclü komandasıdır”.


Digər xəbərlər

0.24325799942017