Özbaşnalıqların səbəbkarı Dövlət Gömrük Komitəsi Baş maliyyə idarəsinin rəisi Mirqasım Vahabovdur”– Gömrüklə bağlı daha bir qalmaqal
Dövlət Gömrük Komitəsi digər sahələrlə yanaşı ölkəyə gətirilən KİV məhsullarına da ciddi problemlər yaratmaqdadır.
Bu haqda “Qaya Mətbuat Yayımı” MMC-nin direktoru Xanhüseyn Əliyev Prezident İlham Əliyevə müraciətində qeyd edib. O, müraciətlə bağlı Reyting.az-a açıqlamasına bildirib ki, hazırkı Vergi Məcəlləsi 3 ildir qüvvədə olsa da, Gömrük Komitəsi idxal olunan KİV məhsullarına qeyri-qanuni olaraq əlavə dəyər vergisi (ƏDV) tələb edir.
Qanunverici və icra hakimiyyətləri isə DGK-nin qeyri-qanuni tələbinə biganə yanaşırlar:
“Məhkəmə hakimiyyəti büdcə öhdəliklərini bəhanə edib saxta qərar verir. Bu isə tək sahibkarlığın yox, həm də mətbuatın probleminə çevrilib. Özbaşnalıqların səbəbkarı Dövlət Gömrük Komitəsi Baş maliyyə idarəsinin rəisi Mirqasım Vahabovdur”.
X. Əliyev bildirib ki, Gömrük Komitəsinin əməkdaşları ölkə qanunlarını öz istəklərinə uyğun formada şərh edirlər. Onun sözlərinə görə, KİV məhsulları ƏDV-dən azad olsa da, Gömrük Komitəsi müvafiq qərarın ləğvini əsas tutub, qanunun (Vergi Məcəlləsinin) bu tələbinə məhəl qoymur. Yəni, Azərbaycanın mərhum prezidenti Heydər Əliyev tərəfindən təsdiq edilmiş qanunun tələbləri pozulur.
X. Əliyev qeyd edib ki, bu məsələ ilə bağlı qanunun deyil, qərarın üstün tutulması absurddur: “Bununla bağlı üç məhkəmə instansiyasında qərar və qərardad çıxarılıb. Həmin qərar və qərardadda göstərilir ki, “Qaya Mətbuat Yayımı” MMC-nin idxal etdiyi qəzet və jurnallara görə Gömrük Komitəsinin ƏDV tələbi qadağan edilsin. Amma məhkəmənin bu qərar və qərardadlarını Gömrük Komitəsi icra eləmir”.
“Qaya”nın rəhbəri bu qanunsuzluqlara görə Gömrük Komitəsinin Baş maliyyə idarəsinin rəisi Mirqasım Vahabovu ittiham edir.
X. Əliyevin iddiasına görə, Ali Məhkəmə məmurların təzyiqi ilə sonradan absurd qərar çıxarıb: “Vergi Məcəlləsində yazılıb ki, alqı-satqı (KİV məhsulları nəzərdə tutulu-red.) vergidən azaddır. Ali Məhkəmə isə sonradan qərar çıxarıb ki, “alqı” sözü Vergi Məcəlləsinə səhvən düşüb, bu, yalnız satqıya aiddir. Qanuna “alqı” sözü necə səhv düşə bilər? Mən üç ildir onları başa sala bilmirəm”.
X. Əliyev məsələ ilə bağlı dövlətin müvafiq qurumlarına 213 məktub yazsa da, buna əhəmiyyət verilmir.
“Qaya”nın rəhbəri Gömrük Komitəsinin özbaşınalıqlarına qarşı mübarizəyə aclıq aksiyası və piket keçirməklə davam etdirəcəklərini diqqətə çatdırıb.
-
“Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafat alıb
...
-
“Yelo Bank” ilə xəyallarını bu bahar gerçəkləşdir!
...
-
Qaz kartının balansını Yelo App vasitəsilə artır
...
-
İndi jest dilini öyrənmək daha rahat oldu - Ünsiyyət hər kəs üçün
...
-
Gənc telekom mütəxəssisləri “Nar” şəbəkəsində təcrübə keçir
...
-
“Nar”ın dəstəyi ilə “Şəkərbura Şou” olimpiya kubokunun finalı keçirilib
...
-
“Nar” Azərbaycan Texnologiya Universiteti ilə əməkdaşlığa başladı
...
-
AZAL-a yeni prezident təyin olundu - Sərəncam
...
-
Salyan rayonunda Aqrar Biznes Festivalı keçirilib
...
-
Bakıda taksi ilə hara gedirlər: Ən çox gedilən yerlərin top-10-u
...