“Qəbələ” möcüzə axtarışında, “Neftçi” “Arsenal”a qarşı

15:56 01-08-2019 | icon 2668
“Qəbələ” möcüzə axtarışında, “Neftçi” “Arsenal”a qarşı

Bu gün Avropa Liqasının II təsnifat mərhələsinin cavab oyunları keçiriləcək.

Təmsilçilərimiz "Qəbələ" və "Neftçi" də cavab matçlarına çıxacaq.

Rusiyada keçirilən ilk oyunda Tula "Arsenal"ını 1:0 hesabı ilə məğlub edən cavab matçında "Neftçi" üstünlüyünü qorumağa çalışacaq.

 

Qəbələdəki qarşılaşmada "Dinamo"ya 0:2 hesabı ilə uduzan "Qəbələ" isə Tbilisidə möcüzə axtarışında olacaq.


UEFA Avropa Liqası

II təsnifat mərhələsi, cavab oyunları 

21:00. “Dinamo” (Tbilisi, Gürcüstan) - “Qəbələ”
Baş hakim: Petri Vilyanen

Baş hakimin köməkçiləri: Riku Vihreavuori, Mika Lamppu

Dördüncü hakim: Dennis Antamo (hamısı Finlandiya)

Hakim-inspektor: Yens Larsen (Danimarka)

UEFA nümayəndəsi: Sergey Lisnik (Moldava)

Tbilisi. Boris Payçadze adına stadion

İlk oyun – 2:0


21:00. "Neftçi" - "Arsenal" (Rusiya) 

Baş hakim: Alan Mario Sant

Baş hakimin köməkçiləri: Ona Edvard Spiteri, Roberto Vella

Dördüncü hakim: Malkolm Spiteri (hamısı Malta)

Hakim-inspektor: Mika Peltola (Finlandiya) 

UEFA nümayəndəsi: Kuanış Kanapyanov (Qazaxıstan)

"Bakcell Arena" 

İlk oyun – 1:0


Digər xəbərlər

0.24830508232117