XI Qəbələ Musiqi Festivalı musiqi sevərlərə qapılarını açdı
Artıq 11 ildir ki, ölkəmizin səxavətli və səfalı guşəsi olan Qəbələ şəhəri Azərbaycandan və bütün dünyadan musiqi sevərləri bir araya gətirir. Əhali arasında həm ölkəmizin, həm də xarici dövlətlərin klassik musiqi janrlarını tanıdan Qəbələ Beynəlxalq Musiqi Festivalı çərçivəsində ilk konsert 2019-cu ilin 31 iyul tarixində Qəbələ Rayon Mədəniyyət Mərkəzində baş tutdu.
Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Tələbə simfonik orkestrin iştirakı ilə keçirilmiş konsert nəcib və zəngin əsərlər və ifalar ilə yadda qaldı. Təcrübəli və tanınmış dirijor Cavad Tağızadənin rəhbərliyi ilə gerçəkləşən konsertdə Azərbaycan və dünya bəstəkarlarının məşhur əsərləri səsləndi. Gənc və çox istedadlı solistlər Taleh Yahyayevin (bariton), Nigar Cəfərovanın (soprano), Mahir Tağızadənin (bariton), Rəsul Əliyevin (fleyta), Nəzrin Aslanlının (violin), Safura Aslanovanın (vokal), Məmmədəli Paşazadənin (klarnet) çıxışları zalda əyləşmiş çoxsaylı tamaşaçıları valeh etdi.
Qeyd edək ki, Heydər Əliyev Fondunun təşkilatçılığı, Mədəniyyət Nazirliyinin və “Gilan Holdinq-”in dəstəyi ilə keçirilən Festivalın təntənəli açılış mərasimi avqustun 1-də axşam saatlarında Qəbələ Rayon Mədəniyyət Mərkəzində keçiriləcək.
-
Məşhurlar Yeni il çıxışları üçün nə qədər qonorar alacaq? - Siyahı
...
-
Eminin anşlaqla keçən Bakı konsertindən - Fotolar
...
-
Musiqili Teatrda qəribə yubiley tamaşası – “Qorxma, biz səninləyik!”
...
-
“Qadınlar yaşlandıqca daha seksual olurlar” - Fotolar
...
-
Ozan Akbaba bu serialda azərbaycanlı iş adamını oynayacaq
...
-
İlham Qasımov Heydər Əliyev Sarayına direktor təyin olundu
...
-
Əbülfəs Qarayev xanımı ilə tamaşada - Foto
...
-
DTX-də Zəfər Günü ilə bağlı konsert proqramı təşkil edilib - Fotolar
...
-
Bu gün Şuşada “Yasəmən” açılacaq - Fotolar
...
-
Bakıda Zəfər Günü münasibəti ilə konsert proqramı və atəşfəşanlıq olacaq
...