“Neftçi” darmadağınla növbəti mərhələdə! - Fotolar+Video

10:07 02-08-2019 | icon 2499
“Neftçi” darmadağınla növbəti mərhələdə! - Fotolar+Video

Avropa Liqasının II təsnifat mərhələsinin cavab oyunları keçirilib.

Təmsilçilərimiz "Qəbələ" və "Neftçi" də cavab matçlarına çıxıb.

Rusiyada keçirilən ilk oyunda Tula "Arsenal"ını 1:0 hesabı ilə məğlub edən "Neftçi" cavab matçında da rəqibinə qalib gəlib. Bakılılar rusları 3:0 hesabı ilə darmadağın edərək növbəti mərhələyə adlayıb.

 
 

Digər təmsilçimiz "Qəbələ" isə ilk matçda 0:2 hesabı ilə uduzduğu "Dinamo" qarşısında aciz olub. Tbilisində keçirilən qarşılaşma gürcülərin 3:0 hesablı qələbəsi ilə başa çatıb. Bununla da təmsilçimiz mübarizəni dayandırmalı olub.

UEFA Avropa Liqası

II təsnifat mərhələsi, cavab oyunları 

21:00. “Dinamo” (Tbilisi, Gürcüstan) - “Qəbələ” - 3:0

Qol: Şengeliya, 68, 88, Karikari, 90+3

Tbilisi. Boris Payçadze adına stadion

 

21:00. "Neftçi" - "Arsenal" (Rusiya)  - 3:0

Qol: Rauf Əliyev, 49, Dario Federiko, 89 (pen), Mbodj, 90+3

"Bakcell Arena" 

 


Digər xəbərlər

0.24511384963989